Qəbələdə tək futbol oynanılmayacaq, həm də...

15 Oktyabr 2021 19:00 Premyerliqa 681
Qəbələdə tək futbol oynanılmayacaq, həm də...

7-ci tur maraqlı qarşılaşmalarla yadda qalacaq.

Lakin ən gərgin görüşün Qəbələdə baş tutacağına şübhə yoxdur.

Cari mövsümdə təəccübləndirməkdə davam edən “Qəbələ” ötən çempionatda avrokuboklara qatılmaq şansını son anda əldən verən “Zirə”ni qonaq edəcək.

Bu oyuna turun mərkəzi qaşılaşması ona görə deyilir ki, hər iki komandanın aktivində 11 xal var. Yəni turnir cədvəlində qonşudular.

Sadəcə, top fərqinə görə bölgə təmsilçisi zirəliləri qabaqlayır. Sabahkı dueldə qələbə qazanan tərəf həm turnir cədvəlindəki mövqeyini yaxşılaşdıracaq, həm də gələcək matçlar üçün psixoloji üstünlük qazanacaq.

Oyuna rəng qatacaq məqam isə komandaların “sükanı” arxasında olan baş məşqçilərin adıdır.

Birinciləri Elmar Baxşıyev çalışdırırsa, ikincilərə Rəşad Sadıqov rəhbərlik edir. Vaxtilə millinin şərəfini qorumuş eyni futbol nəslindən olan mütəxəssislər həm xarakter, həm də gördükləri iş baxımından oxşar hesab olunurlar.

Sadıqovla Baxşıyev emossionallıq baxımından oxşar olsalar da, “Zirə”nin çalışdırıcısı “Qəbələ”liyə nisbətən hisslərinə hakim ola bilmir.

Belə deyək, əsəbi üzdədir. Elmar bəy isə birdən “partlayır”. Oyun planındakı oxşarlıqları isə, hər ikisinin futbolçuların psixologiyasını dərindən bilməsi və əzmkar kollektiv yaratmaq bacarığıdır.

Qısası, şənbə günü Qəbələdə təkcə “Qəbələ” – “Zirə” matçına tamaşa etməyəcəyik. Eyni zamanda, texniki zonada yer alacaq məşqçilərin bütün mənalarda mübarizəsinin şahidi olacağıq.

Necə deyərlər, oyunçu aparsın!

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı