Yeddi futbolçuya xüsusi tapşırıq veriləcək – Azərbaycanda

15 Oktyabr 2021 16:00 Premyerliqa 897
Yeddi futbolçuya xüsusi tapşırıq veriləcək – Azərbaycanda

Həftəsonu Azərbaycan Premyer Liqasının 7-ci turunun görüşləri keçiriləcək.

Oyunların hər birinin komandaların turnir cədvəlindəki mövqe baxımından özünəməxsus prinsipiallığı var.

“Sabah” “Qarabağ”la oyuna ciddi itki ilə çıxacaq.

Masazır təmsilçinin aparıcı müdafiəçilərindən sayılan Amin Seydiyev ağdamlılara qarşı forma geyinə bilməyəcək. Səbəb “Qəbələ”nin yetirməsinin sarı vərəqə limitini doldurmasıdır.

“Sabah” – “Qarabağ” görüşü oktyabrın 17-si “Bank Respublika Arena”da keçiriləcək. Oyun saat 18.45-də başlayacaq.

Gərgin həftəsonunda bir neçə futbolçu xüsusən diqqətli olmalıdır. Belə ki, “Qəbələ”dən Məqsəd İsayevlə Stefan Vukçeviç, “Neftçi”dən Mamadu Kane, “Keşlə”dən Felipe Santos, “Sumqayıt”dan Höccət Haqverdi, “Qarabağ”dan Filip Ozobiç, “Səbail”dən Yurgen Qoxa cəza səddindədir.

Yəni bu futbolçulardan kim(lər)sə növbəti sarı vərəqəni alsa, 8-ci turda oynaya bilməyəcək.

Odur ki, baş məşqçilərindən diqqətli olmaqla bağlı xüsusi tapşırıq alacaqları sirr deyil.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"