Növbəti mövsüm Premyer Liqada çıxış etmək istəyən klubların bundan XƏBƏRİ OLSUN

11 Oktyabr 2021 13:40 Premyerliqa 1 037
Növbəti mövsüm Premyer Liqada çıxış etmək istəyən klubların bundan XƏBƏRİ OLSUN

Azərbaycan klubları üçün lisenziyalaşdırma mövsümünün başlayacağı tarix açıqlanıb.

Sportinfo.az xəbər verir ki, mövsümün açılışı oktyabrın sonlarında gerçəkləşəcək.

Ərizələr üçün yekun tarix 7 noyabr olacaq.

2021/2022 mövsümündə I Diviziondan "Kəpəz”, “Ağsu”, “Turan Tovuz”, “Qaradağ Lökbatan” və “Zaqatala” Premyer Liqada iştirak üçün müraciət etsə də, heç biri müsbət cavab almayıb.

MOİK isə Premyer Liqada iştirakdan imtina edib. Bundan başqa, "Səbail" və "Qəbələ" avrokuboklar üçün lisenziya ala bilməyib.

Xəbər Lenti