Özünütəsdiq məqamı: Quliyev, yoxsa Qurbanov?

2 Oktyabr 2021 16:00 Premyerliqa 1 860
Özünütəsdiq məqamı: Quliyev, yoxsa Qurbanov?

Azərbaycan Premyer Liqasında 6-cı turun görüşləri davam edir. İkinci oyun günündə "Keşlə" doğma meydanda "Sabah"ı qəbul edəcək.

Tərəflər mövsümə uğursuz start verib. Meydan sahibləri yeni mövsümdə ilk xalını sonuncu turda "Qarabağ"la bərabərə (1-1) qalmaqla qazanıbsa, qonaqlar ilk xalını 4-cu tur "Zirə" səfərindəki heç-heçə (1-1) ilə əldə etməyi bacarıb.

Arxada qalan 5 turun 4-də "Keşlə" kimi "Sabah" da məğlubiyyət üzü görüb. Həm Sənan Qurbanov, həm də Ramil Quliyevin taleyi hər keçən gün "sapdan asılı" vəziyyətə gəlməkdədir.

Hələki hər iki klubun da rəhbərliyi səbr etmək mövqeyini tutur.

Əslində Sənan müəllimin ötən turdan sonra istefa verəcəyi ehtimal edilirdi. Amma "Qarabağ" kimi rəqibdən alınan xal gənc mütəxəssisin kreslosunu tam "laxlamaq"dan saxladı. Düzdü, oyun olaraq "Keşlə" bəlkə də ən pis matçını keçirdi. Ancaq hazırkı məqamda Qurbanov və komandasına gözəl oyun yox, xal və xallar lazımdır. "Qarabağ"la oyunda qazanılan xalın dəyəri isə sonsuzdur.

Bunun ardınca bu gün qazanlıacaq 3 xal isə Sənan Qurbanovun gələcək taleyinə böyük ölçüdə işıq salmış olacaq. Amma məğlubiyyət yəqin ki, mövsümdə ilk baş məşqçi istefasını labüd edəcək.

Həmkarından fərqli olaraq Ramin Quliyevlə bağlı məsələ bir qədər fərqlidir. O, ötən mövsümün sonları gəlib və yay fasiləsində demək olar tam yenilənmiş heyətlə mövsümə start verib.

Ardıcıl məğlubiyyətlər alınan oyunlarda göstərilən futbol da gələcəyə ümid vermirdi. Bunu hardasa heyətin yenilənməsinə bağlamaq olardı. Sebalyosun komandaya gec qoşulması, Rodrigesin zədə səbəbindən uzun meddət oynamaması, Periçiç Şpiro və Petar Şkuletiç transferlərinin gecikməsi Quliyevin müəyyən qədər əl-qolunu bağlayırdı.

Artıq gənc məşqçinin sadalanan problemləri qismən öz həllini tapıb. Sebalyos, Periçiç bir neçə oyundu meydanda olur. Rodriges ötən tur yaşıl meydanlara qayıtdı. Şkuletiç isə ilk oyundacaq səviyyəsini göstərməyi bacardı.

"Neftçi" ilə matçda göstərilən oyunda da irəliləyiş predmetləri yetəri qədər vardı. "Keşlə" ilə bugünkü qarşılaşma bunun nə qədər aldadıcı və ya nə qədər həqiqət olmasını isbat edəcək.

Məğlubiyyət Qurbanovu istefaya apara bilərsə, Quliyevin nüfuzuna ən yaxşı halda ciddi zərbə vurmuş olacaq. Hansının reallaşacağını isə qarşıdakı 90 dəqiqədə görmək imkanımız olacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı