"Sabah" üstünlüyünü qoruya biləcəkmi? - GÖSTƏRİCİ

18 Sentyabr 2021 00:56 Premyerliqa 396
"Sabah" üstünlüyünü qoruya biləcəkmi? - GÖSTƏRİCİ

Həftəsonu Azərbaycan Premyer Liqasında 4-cü tura start veriləcək. “Sabah” bu turda səfərdə “Zirə” ilə qarşılaşacaq.

Sportinfo.az xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda keçiriləcək matç bu komandalar arasında Premyer Liqada 12-ci olacaq.

Bu günə kimi keçirilmiş görüşlərdən 5-də “Sabah”, 3-də “Zirə” qalib gəlib, 3 qarşılaşma isə heç-heçə başa çatıb (top fərqi 15-13).

Səfərdə keçirilmiş oyunlarda da "Sabah"ın üstünlüyü var. Belə ki, bu görüşlərin 3-də “Sabah”, 1-də “Zirə” qalib gəlib, 2 matç isə heç-heçə nəticələnib (top fərqi 9-5). “Zirə” – “Sabah” oyunu sentyabrın 18-də saat 19:15-də keçiriləcək.

Azərbaycan Premyer Liqasında "Sabah"ın “Zirə”yə qarşı keçirdiyi bütün oyunlar:

2018/19-cu illər mövsümü

25.08.2018 Zirə – Sabah 0:2
27.10.2018 Sabah – Zirə 2:1
02.02.2019 Zirə – Sabah 0:2
11.05.2019 Sabah – Zirə 0:3

2019/20-ci illər mövsümü

31.08.2019 Zirə – Sabah 1:1
26.10.2019 Sabah – Zirə 2:2
01.02.2020 Zirə – Sabah 2:0

2020/21-ci illər mövsümü

20.09.2020 Zirə – Sabah 0:2
08.11.2020 Sabah – Zirə 0:1
14.02.2021 Zirə – Sabah 2:2
19.05.2021 Sabah – Zirə 2:1

Digər Xəbərlər
Xəbər Lenti