"Sabah"ın "Barselona"da çıxış eləmiş futbolçusu var, amma..."

10 Sentyabr 2021 22:40 Premyerliqa 1 118
"Sabah"ın "Barselona"da çıxış eləmiş futbolçusu var, amma..."

Azərbaycan Premyer Liqasında 3 həftəlik fasilə başa çatır. Sabah üçüncü tura start veriləcək.

"Qarabağ" və milli komandamızın sabiq hücumçusu Vuqar Nadirov Sportinfo.az-a açıqlamasında arxada qalan iki turu belə şərh edib:

Nəticə olmayan kimi komandanı dağıtmazlar

"Qəbələ"nin oyunu məni təəccübləndirir. Elmar Baxşıyev yaxşı komanda qurub. 1 il komanda ilə çalışdı və göstərdi ki, işləmək olar. Tələsmək lazım deyil. Bir il nəticə olmayan kimi komandanı dağıtmazlar. Belə şey olmur. Zamana ehtiyac var".

"Sabah"dan danışmağa çətinlik çəkirəm.

"Sabah" haqqında nəsə danışmağa çətinlik çəkirəm. Doğurdan da ən çox legioner gətirən komandadır. Heyətdə "Barselona"da çıxış eləmiş futbolçu belə var. Amma gözlənilən nəticəni vermir. Necə olacağını hələ bilmək olmaz. Bəlkə də komanda bir neçə turdan sonra açıldı".

Çempionluqdan danışmaq tezdir

"Məncə, çempionluq haqqında danışmaq çox tezdir. Amma mübarizənin "Qarabağ" və "Neftçi" arasında gedəcəyi gözləniləndir".

Digər Xəbərlər
Xəbər Lenti