"Bunlar "Qarabağ"a bir az çətinlik törədəcək"

10 Sentyabr 2021 10:40 Premyerliqa 1 962
"Bunlar "Qarabağ"a bir az çətinlik törədəcək"

Milli komandalara görə yaranan fasilə bu həftə yerini Premyer Liqanın üçüncü turuna verəcək. Burada isə bizi böyük maraqla gözlənilən "Neftçi" - "Qarabağ" görüşü gözləyir.

Bütün ölkə çempionatlarının iştirakçısı olan iki komanda arasındakı oyun çempionluq yolunda böyük önəm kəsb edir.

Belə önəmli oyun öncəsi bir vaxtlar hər iki klubun da şərəfini qorumuş Cahangir Həsənzadə öz fikirlərini Sportinfo.az-la bölüşüb:

Bu baxımdan "Neftçi"nin üstünlüyü var

"Sözsüz ki, çempionatın bəzəyi olan iki favoritin oyunu böyük diqqət mərkəzində olacaq. Hər iki komanda üçün görüş çempionluq yolunda istinad nöqtəsi olacaq. Ki, qalib gələn komanda çempionluq yolunda favorit kimi qiymətləndiriləcək. Nəzərə alsaq ki, "Neftçi" üçün avrokuboklar artıq bitib. Komanda tam çempionata köklənəcək. Bu baxımdan bir balaca üstünlükləri var. Bildiyim qədərilə transfer bazarında da çox aktiv işlər görmək istəyirlər. Keyfiyyətli əcnəbilər heyətə qoşularsa, rəqibə bu baxımdan uduzmayacaqlar"."Qarabağ"ın iki cəbhədə oynamağa kifayət qədər təcrübəsi, gücü var.

"Qarabağ"da müsbət cəhət odur ki, emosianal durum yaxşıdır. Qrup mərhələsinə vəsiqə qazanıblar. Psixoloji cəhətdən sıxıntı olmasa da başqa cəhətlərdə axsamalar var. Komanda üzvləri istər avrokuboklarda, istərsə də milli komanda ilə ardıcıl ağır oyunlara keçirdilər. Nəzərə alaq ki, milli komandada zədələnən futbolçulardan biri "Qarabağ"ın kapitanı Maksim Medvedevdir. Bədavi Hüseynov da hələ tam bərpa olunmayıb. Bu amillər "Qarabağ"a bir az çətinlik törədəcək. Buna baxmayaraq "Qarabağ"ın kifayət qədər ehtiyat qüvvəsi və iki cəbhədə mübarizə aparacaq gücü, təcrübəsi var. Düşünürəm ki, bizi çox maraqlı oyun gözləyir. Güclü qalib gələcək. Hansısa komandanın 1-2 şansı olacaq. Çempionluğa iddialı komanda var gücünü meydançada qoymalıdır"

.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"