AFFA-dan Premyer Liqa klublarına BÖYÜK JEST! - Məbləği bizdən öyrənin

23 Avqust 2021 19:00 Premyerliqa 1 969
AFFA-dan Premyer Liqa klublarına BÖYÜK JEST! - Məbləği bizdən öyrənin

AFFA 2021/2022-ci il mövsümündə də Premyer Liqa klublarına maliyyə yardımını davam etdirəcək.

Bu barədə qərar İcraiyyə Komitəsinin iclasında qəbul olunub.

Komandaların müraciətinə uyğun olaraq, COVID-19 pandemiyasının yaratdığı çətinliklər nəzərə alınaraq, yüksək dəstə təmsilçilərinə vəsait ayrılacaq.

Maddi dəstəyin məbləği AFFA ilə klublar arasında danışıqlardan sonra dəqiq müəyyənləşdiriləcək.

Sportinfo.az-ın məlumatına görə, federasiya bununla bağlı Premyer Liqa təmsilçiləri ilə məsləhətləşmələri bitirmək üzrədir. Bele götürəndə, ümumi bir razılaşma var.

AFFA-nın bu yardımından elitanın bütün iştirakçıları yararlana biləcək. Məbləğə gəlincə, qurum hər kluba 300-400 min manat civarında vəsait ayırmağı planlaşdırır. Hətta ola bilsin, yardım paketi bundan da çox olsun.

Xəbər Lenti