Ramin Musayev klubları qınadı: “Əvvəl özlərində səhv axtarsınlar"

30 İyul 2021 17:20 Premyerliqa 671
Ramin Musayev klubları qınadı: “Əvvəl özlərində səhv axtarsınlar"

"Bütün klublarımıza uğurlar arzu edirik. Dünənki oyunlar bir az üzücü oldu.

Amma bu, futboldur, belə hallar olur. "Neftçi" və "Qarabağ"a uğurlar arzu edirəm. İnanırıq ki, bizi sevindirərlər"

Sportiinfo.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünün püşkatma mərasimində deyib.

O, yeni mövsümdə maraqlı çempionat gözlədiyini bildirib: "Bəzən klub rəhbərləri, baş məşqçilər çempionatın zəif olduğunu deyirlər.

Belədirsə, "Qarabağ" avrokuboklarda necə uğur qazanır, çempionluq yarışı necə son turadək davam edir? Gərək, əvvəlcə özlərində səhv axtarsınlar".

Musayevin sözlərinə görə, komandalar avrokuboklarda uğurlu çıxış üçün daha tez hazırlaşmalıdırlar:

"Bəzən komandaya yeni gələn futbolçu öz baş məşqçisinin adını bilmir. Avrokubok mövsümünə qışda hazırlaşmaq lazımdır ki, sonra başqasında günah axtarmasınlar.

Klubların uğursuzluğunu çox xırdalamaq lazım deyil. "Neftçi" və "Qarabağ"ı ruhdan salmaq olmaz. İnanıram ki, qrup mərhələsinə vəsiqə qazanarlar".

Qurum rəhbəri jurnalistlərin həftə sonları ictimai nəqliyyatın işləməməsi səbəbindən çempionat oyunlarına getməklə bağlı üzləşdiyi çətinliklərə də toxunub:

"Klub rəhbərləri jurnalistlərin zəhmətini dəyərləndirib, nəqliyyatla bağlı onlara köməklik göstərməlidir. Onlar yardım etməsə, biz edə bilərik".

PFL prezidenti yeni əsasnamədə bəzi dəyişikliklərin olduğunu da vurğulayıb.

Xəbər Lenti