Xanımı sosial şəbəkədə klubu “vurdu”, o, “Qarabağ”a transfer oldu

17 İyul 2021 19:40 Premyerliqa 3 116
Xanımı sosial şəbəkədə klubu “vurdu”, o, “Qarabağ”a transfer oldu

"Qarabağ"ın yeni transferi Marko Veşoviçin "Legiya"dan ayrılmasının səbəbi bəlli olub.

Sportinfo,az xəbər verir ki, monteneqrolu müdafiəçi həyat yoldaşı Tamara Veşoviçin sosial şəbəkə hesabından etdiyi paylaşıma görə Varşava təmsilçisi ilə vidalaşıb.

30 yaşlı cinah oyunçusu ötən mövsümün əvvəlində dizindən ciddi zədə alıb. Nəticədə o, yalnız çempionatın son turunun oyununda meydana çıxıb.

Ərinin zədəli olduğu müddətdə "Legiya"nın ona qarşı münasibətindən narazı qalan xanım instaqramda "Ən yaxşı futbolçunuz zədələnir və siz onu əlil arabasında tək qoyursunuz" yazıb.

İddiaya görə, Veşoviçlə müqaviləni yeniləməyə hazırlaşan "Legiya" futbolçunun həyat yoldaşının sözügedən paylaşımından sonra qərarını dəyişib.

Marko Veşoviç "Qarabağ"la 2 illik sözləşməyə imza atıb.

Digər Xəbərlər
Xəbər Lenti