"Azərbaycan klubunun mənə təklif etdiyi pulu desəm, dəli olduğumu düşünərsiz"

14 İyul 2021 20:40 Premyerliqa 3 311
"Azərbaycan klubunun mənə təklif etdiyi pulu desəm, dəli olduğumu düşünərsiz"

Yunanıstanlı futbolçu Stafis Rokas Azərbaycan klublarından birinin çox cəlbedici təklifini rədd edib.

Sportinfo.az xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi bu barədə ölkəsinin mətbuatına müsahibəsində danışıb.

O, Volos "Olimpiakos"unda oynamaq, doğma klubuna sadiq olduğu üçün bu təkliflə razılaşmadığını bildirib:

"Panionos"dan sonra xarici və yerli klublardan bir neçə təklifim var idi. Ancaq nəzəri baxımdan ən pis variant olan "Olimpiakos"u (Volos) seçdim.

Çünki bu komandada olmaq istəyirdim. O zaman Azərbaycan klubunun mənə təklif etdiyi məbləği desəm, dəli, ya da romantik olduğumu hesab edərsiniz.

Hansı ki, heç "Olimpiakos"la pul barədə danışmadım. Bu, asan deyil. Ancaq azarkeşi olduğum komandada oynamaq istədim".

Stafis Rokas karyerası ərzində yalnız Yunanıstan klublarında çıxış edib.

Xəbər Lenti