AFFA bunları 4 kluba təmənnasız verdi - FOTOLAR

14 İyul 2021 00:42 Premyerliqa 830
AFFA bunları 4 kluba təmənnasız verdi - FOTOLAR

Avropa çempionatının Bakı Olimpiya Stadionunda keçirilmiş 4 oyununda zərurət yaranacağı təqdirdə istifadə olunmaq üçün alınmış defibrilyator cihazları AFFA tərəfindən “AVRO-2020-nin irsi proqramı” çərçivəsində təmənnasız olaraq bu mövsüm avrokuboklarda çıxış edən “Neftçi”, “Qarabağ”, “Keşlə” və “Sumqayıt”a verilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan Premyer Liqasında çıxış edən digər 4 kluba isə qeyd olunan cihazlar 2021/2022-ci il mövsümünün startı ərəfəsində təqdim olunacaq.

İyunun 12-də, 16-da və 20-də AVRO-2020-nin A qrupunun 3 oyunu, iyulun 3-də isə 1/4 final mərhələsinin 1 qarşılaşması Bakı Olimpiya Stadionunda keçirilib.

Digər Xəbərlər
Xəbər Lenti