Azərbaycan klubunun təklifi "Vitoriya"nın hücumçusunu razı saldı

7 İyul 2021 20:40 Premyerliqa 1 603
Azərbaycan klubunun təklifi "Vitoriya"nın hücumçusunu razı saldı

"Vitoriya"nın (Gimaraynş) futbolçusu Abdul-Aziz Yakubu karyerasını Azərbaycanda davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə məşhur "A Bola" nəşri məlumat yayıb.

23 yaşlı hücumçunun "Vitoriya"dan ayrılacağı bildirilib. Azərbaycan təmsilçisinin təklifi qanalı forvardı razı salıb.

Abdul-Aziz Yakubu son mövsümü icarə əsasında Portuqaliyanın II liqasında çıxış edən "Eştoril"də keçirib.

O, 34 oyunda 15 qol vuraraq komandanın əsas çempionata vəsiqə qazanmasına yardımçı olub. "Neftçi" daha əvvəl "Eştoril"dən Harramiz Suaresi transfer edib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!