PFL Premyer Liqada bir sıra yeniliklər etməyə hazırlaşır

3 İyul 2021 13:00 Premyerliqa 1 578
PFL Premyer Liqada bir sıra yeniliklər etməyə hazırlaşır

Peşəkar Futbol Liqası (PFL) növbəti mövsümdən etibarən Premyer Liqada bir sıra yeniliklər tətbiq edəcək.

Bu barədə Sportinfo.az-a PFL-in Texniki-idman şöbəsinin rəisi Elgiz Abbasov məlumat verib.

Sitat: “Əvvəlcədən də məlumat verdiyimiz kimi, Azərbaycan Premyer Liqasının startı 14 avqsut tarixinə planlaşdırılıb. Çempionatlar arasındakı olan iyun və iyul ayları bizim üçün çox vacib aylardı.

Bunu fasilə kimi qəbul edirlər, amma bu yeni mövsümə hazırlıq adını özündə daha çox birləşdirir.

Bilirsiz ki, futbol yenilik sevən oyundur və hər il yeniliklərin olması normaldır.

Bu dəqiqə üzərində işlədiyimiz Əsasnamədə də bəzi yeniliklər olacaq ki, bununla bağlı məsələlər təsdiqini tapdıqdan sonra məlumat verə biləcəm“.

Xəbər Lenti