Azərbaycanda heç bir klubun müqavilə bağlamaq istəmədiyi 13 yerli futbolçu

2 İyul 2021 20:00 Premyerliqa 2 166
Azərbaycanda heç bir klubun müqavilə bağlamaq istəmədiyi 13 yerli futbolçu

Mövsüm bitər-bitməz heyətlərinə əl gəzdirən Premyer Liqa klubları bir tərəfdən də transfer çalışmalarını davam etdirir.

Sportinfo.az xəbər verir ki, hələlik cəmi 5 yeni futbolçu Azərbaycana təşrif buyurub.

Qalanları elə Premyer Liqada bir klubdan digərinə keçid ənənəsini davam etdirməklə məşğuldur. Futbolçuların ölkə daxilində komandaları əlcək kimi dəyişmələri adi hala çevrilib.

Hələlik yalnız Xəyal Nəcəfov və Ramil Şeydayevin şəxsi karyerasında irəliyə doğru addım atdığını söyləmək olar. Hər halda onların əvvəlki klublarından “Neftçi” və “Qarabağ”a keçmək yüksəliş sayılır.

Komandasını dəyişən digərlərinin isə karyerası baxımından yerində saydığını desək, yanılmarıq. Həmçinin hazırda azad agent statusu daşıyanlar da var.

Hələlik yalnız “Qarabağ”, “Neftçi” və “Səbail”dən ayrılan yerli futbolçular havada qalmayıblar. Ancaq digər 5 kluba lazım olmayan ümumilikdə 13 oyunçu təklif gözləyir. Milliləşdirilmiş legionerlər Ruslan Qurbanovla Riçard Almeyda da bu siyahıya aiddir (apasport.az).

Təklif gözləyən həmin yerli futbolçular bunlardır:
Kərim Diniyev, Ruslan Qurbanov, Tural Bayramlı, Şəhriyar Rəhimov, Riçard Almeyda – hamısı “Zirə”
Cavid Hüseynov, Sadiq Quliyev, Ülvi İsgəndərov, Faiq Hacıyev – hamısı “Qəbələ”
Elşən Abdullayev – “Sabah”
Elvin Yunuszadə, Bahadur Həziyev – hər ikisi “Keşlə”
Cavid İmamverdiyev - “Sumqayıt”

Digər Xəbərlər
Xəbər Lenti