“Neftçi” digər Azərblaycan klublarından daha çox qazandı

28 İyun 2021 10:40 Premyerliqa 1 847
“Neftçi” digər Azərblaycan klublarından daha çox qazandı

Avrokubokların 2021/22 mövsümündəki pul mükafatlarının bölgüsü açıqlanıb.

Sportinfo.az xəbər verir ki, qitə miqyaslı turnirlərdə iştirak edəcək Azərbaycan klublarının da qazancı bəlli olub.

Ölkə çempionu “Neftçi” digər komandalarımızla müqayisədə daha çox qazanıb. “Ağ-qaralar” artıq 540 min avronu təmin edib.

Paytaxt təmsilçisi avrokuboklara çempion kimi qatıldığı üçün 260 min alacaq. Çempionlar Liqasının I təsnifat mərhələsindəki iştirak isə komandaya əlavə 280 min gətirəcək.

Bakılılar Tbilisi “Dinamo”sunu adlasa, II təsnifat mərhələsində iştiraka görə daha 380 min qazana bilər.

Yeni yaradılan Konfrans Liqasında klubların qazancı daha aşağıdır. Burada iştirak edəcək təmsilçilərimiz “Qarabağ”, “Keşlə” və “Sumqayıt” II təsnifat mərhələsində qüvvəsini sınayacaq. Bu raundda iştirak hər kluba 260 min avro gətirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!