Honda "Neftçi"də 2 ay içində 300 min avro itirdi

1 İyun 2021 19:40 Premyerliqa 1 694
Honda "Neftçi"də 2 ay içində 300 min avro itirdi

Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümünə yekun vurulduqdan sonra ölkə klublarında çıxış etmiş futbolçuların yeni bazar qiymətləri açıqlanıb.

Sportinfo.az-ın "Transfermarkt"a istinadən məlumatına görə, ən ciddi artıma çempion "Neftçi"nin oyunçuları nail olub.

Komandanın kapitanı Emin Mahmudovun dəyəri 100 min avro yüksəlib və 1 milyon avroya çatıb. Hazırda Mahmudov mövsümü "Qarabağ"da keçirmiş Qara Qarayev və Mahir Emreli ilə birlikdə 2 - 4-cü pillələri bölüşür.

19 qolla çempionatın bombardiri olan Namik Ələskərov qiymətini 250 min avro artıraraq, 750 min avroluq göstərici ilə 8-ci pilləyə yüksəlib. Onun komanda yoldaşı Mamadu Kane isə 100 min avroluq artımla dəyərini 700 min avroya çatdırıb və 9-cu mövqedə qərarlaşıb.

100 min avroluq artıma nail olan daha bir futbolçu "Sumqayıt"ın yarımmüdafiəçisi Rəhim Sadıxovdur. O, 550 min avro göstərici ilə 12-ci sırada yer alıb.

Əvəzində "Qarabağ"ın oyunçularından Filip Ozobiç və Bədavi Hüseynovun dəyəri 200 min avro düşüb və onlar hazırda (hərəyə 800 min avro) "Neftçi"nin müdafiəçisi Anton Krivotsyukla birgə 5 - 7-ci pillələri bölüşürlər.

"Qarabağ"ın yarımmüdafiəçisi Uroş Matiç və "Neftçi"də çıxış etmiş Keysuke Honda hərəyə 300 min avro itirib. Matiç (700 min avro) 14-cü, Honda (500 min avro) isə 19-cudur.

Azərbaycan Premyer Liqasının ən bahalı futbolçusu yenə 1,2 milyon avro ilə dəyərləndirilən "Qarabağ"ın legioneri Abdullah Zubirdir.

Digər Xəbərlər
Xəbər Lenti