Azərbaycan Premyer Liqasında klub sayı ilə bağlı yekun qərar verildi.

31 May 2021 20:00 Premyerliqa 2 843
Azərbaycan Premyer Liqasında klub sayı ilə bağlı yekun qərar verildi.

Azərbaycan Premyer Liqasında növbəti mövsüm də ötən mövsüm çıxış etmiş komandalar iştirak edəcək.

Sportinfo.az xəbər verir ki, AFFA İcraiyyə Komitəsi növbəti mövsüm üçün birinci divizion klublarından heç birinin Premyer Liqa ilə bağlı lisenziya şərtlərini yerinə yetirə bilməməsi və pandemiya ilə bağlı ortaya çıxan çətinliklər nəzərə alaraq bugünkü iclasında bu qərarı verib.

Beləliklə, növbəti mövsüm də ölkə çempionatında 8 klubun - "Neftçi", "Qarabağ", "Sumqayıt", "Zirə", "Sabah", "Keşlə", "Qəbələ" və "Səbail"in oynayacağı təsdiqlənib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı