Premyer Liqanın 3 klubu AFFA-dan yenə maliyyə istədi: “Verdiyiniz pul çatmır”

31 May 2021 16:20 Premyerliqa 1 570
Premyer Liqanın 3 klubu AFFA-dan yenə maliyyə istədi: “Verdiyiniz pul çatmır”

AFFA Premyer Liqanın 4 klubuna ayırdığı maliyyə vəsaitini artırmaq istəyir.

Sportinfo.az-ın məlumatına görə, federasiya bu məsələni elita təmsilçilərinin özləri ilə müzakirə edib. Çünki qarşı tərəfdən qurumun ünvanına müvafiq müraciətlər daxil olub.

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin (İK) növbəti iclası keçiriləcək. Toplantı videokonfrans formatında olacaq. Sözügedən İclas saat 17:00-da start götürəcək.

İK-nin toplantısında bir sıra vacib qərarların verilməsi planlaşdırılır. Komitə növbəti mövsümdə Premyer Liqada mübarizə aparacaq bir neçə kluba əlavə maliyyə vəsaitinin ayrılmasını rəsmiləşdirəcək.

AFFA son mövsümdə “Qəbələ”yə 1,5 milyon manat, “Zirə”yə 500 min manat, “Sumqayıt”a 300 min manat, “Səbail”ə 200 min manat xərcləyib. Bu, İK-nin ötən yay verdiyi qərarla tənzimlənib.

“Sumqayıt”, “Səbail” və “Qəbələ” onların payına düşən vəsaitin kifayət etmədiyini AFFA-ya elan edib. Axı federasiya onlardan yenidən əvəzedici komandaları formalaşdırmağı istəyib.

“Qəbələ” Futbol Akademiyasının direktoru Nail Kərimov bu barədə mətbuata açıqlama verib, bu məsələnin gündəmdə olduğunu, lakin hələ dəqiqləşmədiyini deyib:

Bəli, AFFA-dan klub rəhbərliyinə bu barədə məlumat verilib, amma ilk növbədə maliyyə məsələləri yoluna qoyulmalıdır. Futbolçu potensialı baxımından heç bir sıxıntımız yoxdur. Yəni, maliyyə məsələləri yoluna qoyulsa, növbəti mövsüm divizion çempionatında təmsil oluna bilərik”.

Digər Xəbərlər
Xəbər Lenti