"Qol adamı" kim olacaq: Namiq, yoxsa Mahir?

19 May 2021 14:00 Premyerliqa 670
"Qol adamı" kim olacaq: Namiq, yoxsa Mahir?

Bu gün Azərbaycan Premyer Liqasında mövsümün qalibi ilə yanaşı, çempionatın bombardiri də müəyyənləşəcək.

Sportinfo.az xəbər verir ki, bu yer uğrunda çempionluq üçün mübarizə aparan "Neftçi" və "Qarabağ"ın futbolçuları yarışır.

"Neftçi"nin yarımmüdafiəçisi Namiq Ələsgərov hazırda 19 qolla bombardirlər yarışında 1-ci, "Qarabağ"ın hücumçusu Mahir Emreli isə 18 qolla 2-cidir.

Namiq bu qolları 25, Mahir isə 21 oyuna vurub. Bu isə o deməkdir ki, qol sayı bərabər olarsa, bombardir Mahir Emreli olacaq.

Bu gün "Dalğa Arena"da keçiriləcək "Neftçi" - "Qarabağ" oyunu saat 20:30-da başlayacaq.

Bombardirlər:
Namik Ələskərov ("Neftçi") - 19 qol
Mahir Emreli ("Qarabağ") - 18 qol
Filip Ozobiç ("Qarabağ") - 11 qol
Əli Qurbani ("Sumqayıt") - 9 qol
Davit Volkov ("Zirə") - 8 qol
Rəhim Sadıxov ("Sumqayıt") - 8 qol
Abdullah Zubir ("Qarabağ") - 7 qol
Kvabena Ovusu ("Qarabağ") - 7 qol

Digər Xəbərlər
Xəbər Lenti