Ramin Musayev Premyer Liqanın hazırkı durumuna necə qiymət verdi?

18 May 2021 11:20 Premyerliqa 1 239
Ramin Musayev Premyer Liqanın hazırkı durumuna necə qiymət verdi?

"Çempionatla bağlı gərgin nəsə görmürəm. Ancaq Premyer Liqamız maraqlı keçir və şükürlər olsun ki, maraqlı da bitəcək".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev jurnalistlərə açıqlamasında Azərbaycan Premyer Liqasının sonuncu - XXVIII turunda keçiriləcək "Neftçi" - "Qarabağ" oyunu barədə danışarkən deyib.

O, həm qızıl, həm də bürünc medal üçün mübarizənin hələ də davam etdiyini xatırladıb: "Bu da çempionatın ədalətli keçməsindən xəbər verir.

Güclü tərəf qalıb gəlsin. Vacib olan odur ki, bizi Çempionlar Liqasında və avrokuboklarda təmsil edən komandalar əvvəlki kimi azarkeşləri sevindirsin".

Xəbər Lenti