“Neftçi” – “Qarabağ” oyununun vaxtı - 20:30

15 May 2021 00:56 Premyerliqa 1 952
“Neftçi” – “Qarabağ” oyununun vaxtı - 20:30

Azərbaycan Premyer Liqasında XXVIII turun oyun cədvəli açıqlanıb.

Sportinfo.az xəbər verir ki, 2020/21 mövsümünün son matçlarının yeri və vaxtı dəqiqləşib.

Mayın 19-da baş tutacaq görüşlərdən üçü eyni vaxtda təşkil olunacaq. Çempionluğun taleyinin həll ediləcəyi “Neftçi” – “Qarabağ” qarşılaşması nisbətən gec, “Dalğa Arena”da keçiriləcək.

Qarşılaşma Bakının Mərdəkan qəsəbəsindəki "Dalğa Arena"da olacaq və saat 20:30-da başlanacaq.

Qalan 3 görüş isə daha erkən - saat 18:00-da start götürəcək.

Turun iki görüşü “CBC Sport” telekanalı vasitəsilə, digər iki qarşılaşma isə PFL-in saytında canlı yayımlanacaq.

Azərbaycan Premyer Liqası
XXVIII tur
19 may (çərşənbə)

“Səbail” – “Sumqayıt”
“ASCO Arena”, 18:00 (canlı/Pfl.az)

“Sabah” – “Zirə”
“Bank Respublika Arena”, 18:00 (canlı/”CBC/Sport”)

“Keşlə” – “Qəbələ”
“ASK Arena”, 18:00 (canlı/Pfl.az)

“Neftçi” – “Qarabağ”
“Dalğa Arena”, 20:30 (canlı/”CBC/Sport”)

Digər Xəbərlər
Xəbər Lenti