Azərbaycanın 2 klubu avrokuboklarda çıxış etməyəcək

5 May 2021 21:00 Premyerliqa 2 138
Azərbaycanın 2 klubu avrokuboklarda çıxış etməyəcək

Azərbaycan Premyer Liqasında çıxış edən iki klub avrokuboklara vəsiqə şansını rəsmən itirib.

Sportinfo.az xəbər verir ki, buna XXV turun ikinci oyun gününün nəticələri səbəb olub.

“Səbail” və “Qəbələ” Avropa Liqasına vəsiqə qazanmağa nəzəri şansları da qalmayıb. Bu, “Qarabağ”la görüşdə heç-heçə edən “Zirə”nin aktivini 34 xala çatdırmasından sonra reallaşıb.

24 xala malik “Səbail” və “Qəbələ” 3-cü yerdən 10 xal geri qaldığından avrokubok şansı ilə vidalaşıb. Bunda hər iki komandanın, həmçinin onlar üçün əlçatmaz olan ilk “üçlük”dəki komandaların kubokda da mübarizəni dayandırması da rol oynayıb.

“Neftçi” və “Qarabağ” avrokuboklara vəsiqəni təmin edibsə, digər iki yerə 4 iddiaçı qalıb. Lakin hazırda davam edən görüşdə xal itirsə, “Sabah” da şansını itirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı