Premyer Liqada komanda sayının müəyyənləşəcəyi tarix bilindi

4 May 2021 17:00 Premyerliqa 1 078
Premyer Liqada komanda sayının müəyyənləşəcəyi tarix bilindi

AFFA Lisenziyalaşdırma Komissiyasının iclasının vaxtı müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, bu barədə apasport.az-a AFFA Lisenziyalaşdırma Qrupunun rəhbəri Sərxan Hacıyev məlumat verib.

O bildirib ki, komissiya mayın 8-də bir araya gələcək. İclasda I Divizion klubları “Qaradağ Lökbatan”, “Kəpəz”, “Turan Tovuz” və “Zaqatala”nın Premyer Liqada iştirak üçün müraciətinə baxılacaq.

Həmçinin elita təmsilçilərinin Premyer Liqa və avrokuboklar üçün lisenziya müraciəti müzakirə olunacaq.

Lisenziyalaşdırma Qrupu komandaların sənədlərini yoxladıqdan sonra Lisenziyalaşdırma Komissiyasına təqdim edib. Bu komissiya da həftə ərzində sənədlərlə tanış olduqdan sonra iclasda yekun qərarlarını açıqlayacaq.

Premyer Liqada növbəti mövsümdən 10 komandanın iştirakı planlaşdırılır.

Digər Xəbərlər
Xəbər Lenti