Qurban Qurbanov hələ də bu şəxsə çata bilmir…

2 May 2021 19:20 Premyerliqa 1 403
Qurban Qurbanov hələ də bu şəxsə çata bilmir…

Son illərin dəyişməz Azərbaycan çempionu “Qarabağ” son 4 ildə ardıcıl 3-cü dəfə Azərbaycan kubokunun finalından kənar qalıb.

Sportinfo.az xəbər verir ki, ağdamlılar hər iki oyunu da qolsuz bitən dueli penaltilər seriyasında “Sumqayıt”a uduzub.

2014/15, 2015/16, 2016/17 mövsümlərində kuboku başı üzərinə qaldıran Qurban Qurbanovun yetirmələri həmin vaxtdan finala həsrətdir. Bu da 49 yaşlı mütəxəssisin rekordçu olmaq şansını təxirə salır.

Söhbət ən çox final həyəcanı yaşayan məşqçilərdən gedir. “Qarabağ”la 4 dəfə kubokun finalında olan və hamısında qələbəyə sevinən Qurbanov hələ də Ağasəlim Mircavadova çata bilməyib.

Sonuncu 5 dəfə finala komanda çıxarıb. Qurbanov son illərdə olduğu kimi yenə də rekordu təkrarlamaq şansını qaçırıb. Onun komandası 2017/18, 2018/19 və 2020/21 mövsümlərində mübarizəni dayandırıbsa, 2019/20 mövsümü başa çatdırılmayıb (apasport.az).

Ən çox final görən baş məşqçiləri təqdim edirik:

Ağasəlim Mircavadov – 5 (üç kubok)
Mehman Allahverdiyev – 4 (dörd kubok)
Qurban Qurbanov – 4 (dörd kubok)
Böyükağa Hacıyev – 3 (iki kubok)

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda