Ən ağır zərbə “Sabah”a dəydi - "Neftçi"nin QALMAQALINA GÖRƏ

28 Aprel 2021 12:40 Premyerliqa 649
Ən ağır zərbə “Sabah”a dəydi - "Neftçi"nin QALMAQALINA GÖRƏ

10 futbolçu Azərbaycan Premyer Liqasında XXV turunu buraxacaq.

Sportinfo.az xəbər verir ki, buna onların cəzalı duruma düşməsi səbəb olub.

Onlardan yeddisi sarı vərəqə limitini XXIV turda doldurubsa, üçü qırmızı üzündən cəzalıdır. Ən ağır zərbə “Sabah”a dəyib.

«Neftçi» ilə qalmaqallı matçdan (2:2) sonra masazırlılar 5 futbolçusunu itirib.

Coşqun Diniyevlə Ramil Şeydayev sarı, Təmkin Xəlilzadə, Bəhlul Mustafazadə və Filip İvanoviç qırmızı vərəqə səbəbindən növbəti turu buraxacaq.

Digər 5 cəzalı oyunçu fərqli klubları təmsil edir. Sezar Meza Kolli (Keşlə), Sabir Buqrin (Neftçi), İsmayıl İbrahimli (Qarabağ), Rüfət Əhmədov (Qəbələ) və Tellur Mütəllimov (Sumqayıt) sarı vərəqələr üzündən turu buracaq.

Yalnız iki klub – “Zirə” və “Səbail” qarşıdakı tura cəzalı oyunçusu olmadan çıxacaq.

Digər Xəbərlər
Xəbər Lenti