"Qarabağ" problemlərini həll etdi?

27 Aprel 2021 17:40 Premyerliqa 1 261
"Qarabağ" problemlərini həll etdi?

“Pro” kateqoriyalı məşqçi Ramiz Məmmədov Premyer Liqanın 24-cü turunun "Keşlə" - "Səbail" (1:0) və "Qəbələ" - "Qarabağ" (0:5) qarşılaşmalarını Sportinfo.az üçün dəyərləndirib.

"Keşlə" - "Səbail"
Nəhayət ki, Sənan Qurbanovun gəlişindən sonra "Keşlə" ilk qalibiyyətini əldə elədi. Bunu biz əminliklə gözləyirdik.

Son pillədən qurtulmaq üçün komanda xarakter göstərdi. Rəhman Hacıyevin qolu ilə qələbə qazanıldı və bu nəticə qarşıdan gələn kubok oyunu öncəsi kollektivə əlavə motivasiya verəcək.

"Zirə" ilə səfərdə çox gözəl oyun gözlənilir. Bu qələbənin "Zirə" ilə cavab görüşündə "Keşlə"nin dadına çatacağına inanıram. Hər iki komandaya kubok oyununda uğurlar arzu edirəm.

"Qəbələ" - "Qarabağ"
Maraqla gözlənilən oyun idi. Mütəxəssislər "Qarabağ"dan qələbə gözləyirdi. Baxmayaraq ki, əsas heyət futbolçularından bir neçəsi yox idi.

Mahir Emreli oyuna daxil olandan sonra het-triklə yadda qaldı. İlk hissədə hər iki komandadaa da dəqiq olmayan ötürmələr çox idi.

Hiss olunurdu ki, "Qəbələ" müdafiəyə daha çox diqqət ayırır. "Qarabağ" ikinci hissdə hücumların kəsərini artıraraq gözəl qələbə qazandı. Oyunda təcrübə öz sözünü göstərdi.

"Qarabağ"ın oturuşmuş komanda olduğunu bir daha gördük. "Qarabağ" əksər oyunlarını stabil oynayıb.

Zədədən və millidən qayıdan futbolçulara Qurban Qurbanov hissə-hissə istirahət verdi. Komanda artıq lazımı səviyyəyə gəlib çatıb. Hakimlər elə böyük səhvə yol vermədilər.

Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 11:20 "Qarabağ" səssiz qaldı