"Neftçi" 8 nəfər qalan "Sabah"la bacarmadı, "Qarabağ"dan isə darmadağın - Yenilənib

25 Aprel 2021 21:52 Premyerliqa 2 497
"Neftçi" 8 nəfər qalan "Sabah"la bacarmadı, "Qarabağ"dan isə darmadağın - Yenilənib

Bu gün Azərbaycan Premyer Liqasında XXIV turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, turun bütün matçları eyni gündə baş tutub.

Açılış görüşü Qəbələdə, digərləri isə Bakıda olub. Lider “Qarabağ” ilk “dördlüy”ə düşmək şansı minimuma enən “Qəbələ”nin qonağı olub.

Ev sahibləri 60 dəqiqə müqavimət göstərsə də, bunu sona qədər davam etdirə bilməyib. Son yarım saatda “Qarabağ” rəqib qapısından 5 cavabsız top keçirərək, darmadağınla qələbə qazanıb.

“Qarabağ” kimi, avrokuboklara vəsiqəni rəsmiləşdirən “Neftçi” də səfər oyununa çıxıb. “Ağ-qaralar” “Sabah”la drammatik alınan matçda xal itirib.

“Sabah”ın hətta 3 futbolçusunun qırmızı vərəqə alması da “flaqman”a kömək etməyib. Bu isə “Qarabağ”la “Neftçi” arasında xal fərqinin 3-ə yüksəlməsinə səbəb olub.

Autsayder komandalar “Keşlə” ilə “Səbail” birincilərin meydanında üz-üzə gəlib. “Keşlə” yeganə qol sayəsində rəqibini məğlub edərək, son pillədən qurtulub.

Turun ən böyük maraq doğuran oyunlarından biri “Zirə” ilə “Sumqayıt” arasında olub.

Eyni xala malik və bürünc medala iddia edən komandaların duelindən qalib ayrılacaq tərəf ciddi üstünlük əldə edəcəkdi. Lakin görüş qolsuz bərabərliklə yekunlaşıb.

25 aprel (bazar)
17:00. “Qəbələ” – “Qarabağ” - 0:5
Qollar:
Xayme Romero, 64, Qara Qarayev, 68, Mahir Emreli, 87, 89, 90+1
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Müslüm Əliyev, Kamal Umudlu
“Qəbələ”: 1. Anar Nəzirov (k), 11. Asif Məmmədov, 28. Murad Musayev, 9. Ehtiram Şahverdiyev, 99. Ceyms Adeniyi, 77. Merab Qiqauri, 32. Nikolas Raysel, 26. Stefan Vukçeviç, 2. Vinko Medimoreç, 23. Rafael Utriq, 71. Rüfət Əhmədov
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 5. Rasim Ramaldanov, 74. Yusif Nəbiyev, 70. Ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 7. Roman Hüseynov, 14. Cavid Hüseynov, 6. Kamal Mirzəyev, 13. Yurgen Qoxa, 17. Yaovi Akakpo, 10. Rövlan Muradov, 55. İdris İnqilablı
Baş məşqçi: Elmar Baxşıyev
“Qarabağ”: 12. Emil Balayev, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 10. Abdullah Zubir, 7. Kvabena Ovusu, 8. Uroş Matiç, 81. Kevin Medina, 18. İsmayıl İbrahimli, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 94. Ayhan Arazlı, 11. Mahir Emreli, 30. Abbas Hüseynov, 9. Xayme Romero, 66. Cavid Bayramov, 21. Rauf Hüseynli, 29. Zamiq Əliyev
Baş məşqçi: Qurban Qurbanov
Qəbələ şəhər stadionu

18:00. “Keşlə” – “Səbail” - 1:0
Qol:
Rəhman Hacıyev, 51
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Eyyub İbrahimov, Səbuhi Bayramov
“Keşlə”: 1. Stanislav Namaşko, 3. Tərlan Quliyev (k), 19. Azər Salahlı, 17. Vüsal İsgəndərli, 7. Rəhman Hacıyev, 8. Tural Axundov, 4. Şəhriyar Əliyev, 23. Nicat Qurbanov, 25. Con Kamara, 10. Sezar Meza Kolli, 99. Rafael Məhərrəmli
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 27. Əkpər Vəliyev, 18. Ruslan Əmircanov, 20. Rail Məlikov, 11. Silvio Rodriges, 91. Sadio Tonkara, 22. Elçin Mustafayev, 14. Turan Vəlizadə, 71. Emin Quliyev, 79. Bahadur Həziyev, 65. Mehdi Tahirov
Baş məşqçi: Sənan Qurbanov
“Səbail”: 96. Nikolas Hagen, 14. Rahid Əmirquliyev (k), 34. Urfan Abbasov, 55. Adil Nağıyev, 11. Rauf Əliyev, 28. Məqsəd İsayev, 27. Hendrik Ekşteyn, 19. Luka İmnadze, 23. Milovan Petrovik, 4. Ali Sisey, 3. Turan Manafov
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 12. Şahin Zəkiyev, 26. Kamal Qurbanov, 17. Elçin Rəhimli, 7. Mirsayib Abbasov, 22. Əfran İsmayılov, 9. Florian Kadriu, 20. Ruslan Hacıyev, 44. Şamil Cəfərov, 38. Zeynəddin Abdurahmanov
Baş məşqçi: Aftandil Hacıyev
“ASK Arena”

19:15. “Sabah” – “Neftçi” - 2:2
Qollar:
Təmkin Xəlilzadə, 23 (pen.), Ramil Şeydayev, 29 - Namik Ələskərov, 36 (pen.), 60 (pen.)
Qırmızı vərəqələr: Bəhlul Mustafazadə, 58, Filip İvanoviç, 86, Təmkin Xəlilzadə, 89
Hakimlər: Vüqar Həsənli, Kamran Bayramov, Vüqar Bayramov, Kamranbəy Rəhimov
“Sabah”: 1. Saşa Stamenkoviç, 19. Təmkin Xəlilzadə, 7. Coşqun Diniyev, 4. Bəhlul Mustafazadə (k), 90. Ramil Şeydayev, 10. Aleksey İsayev, 13. Filip İvanoviç, 9. Xulio Sezar Rodriqez, 3. Zurab Oçiqava, 26. Fofana Tiemoko, 6. Şakir Seyidov
Ehtiyat oyunçular: 12. Alvaro Villete, 94. Nicat Mehbalıyev, 15. Ruslan Abışov, 17. Məhəmməd Mirzəbəyov, 34. Bəxtiyar Həsənalızadə, 23. Amadu Diallo, 28. Kevin Kubemba, 30. Mario Marina, 2. Amin Seydiyev, 66. Abdulax Xaibulayev, 33. Camal Cəfərov, 77. Veysəl Rzayev
Baş məşqçi: Ramin Quliyev
“Neftçi”: 30. Aqil Məmmədov, 7. Namik Ələskərov, 8. Emin Mahmudov (k), 22. Mirabdulla Abbasov, 3. Mamadu Mbodj, 36. Mamadu Kane, 6. Voyislav Stankoviç, 91. Tallison Diaz, 29. Sabir Buqrin, 4. Keysuke Honda, 5. Anton Krivotsyuk
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 12. Kamran İbrahimov, 19. Fəhmin Muradbəyli, 28. Stiven Monroz, 17. Bruno Teluşi, 9. Ahmed Ahmedov, 49. Rener Alves, 26. Ömər Buludov, 20. Mert Çelik, 80. İsmayıl Zülfüqarlı, 70. Asim Əlizadə
Baş məşqçi: Samir Abasov
“Bank Respublika Arena”

20:00. “Zirə” – “Sumqayıt” - 0:0
Hakimlər:
İnqilab Məmmədov, Cavanşir Yusifov, Nahid Əliyev, Fərid Hacıyev
“Zirə”: 1. Mateus Albino, 8. İlkin Muradov, 10. Ağabala Ramazanov (k), 2. Sərtan Taşkın, 32. Qismət Alıyev, 30. Riçard Almeyda, 9. Davit Volkov, 11. Klesio Bauk, 44. Dmitrios Çantakias, 26. Nemanya Andelkoviç, 21. Hacıağa Hacılı
Ehtiyat oyunçular: 22. Rəşad Əzizli, 62. Abdulla Seyidəhmədov, 4. Elvin Camalov, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 12. Lazar Corceviç, 17. Rodriqo Bonqonqui, 14. Fakundo Melivilo, 7. Tural Bayramlı, 20. Əli Şirinov, 29. Musa Qurbanlı, 77. Cəlal Hüseynov
Baş məşqçi: Rəşad Sadıqov
“Sumqayıt”: 1. Mehdi Cənnətov, 97. Xəyal Nəcəfov, 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev (k), 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 5. Camaləddin Xocaniyazov, 9. Əli Qurbani, 4. Höccət Haqverdi, 17. Murad Xaçayev, 18. Süleyman Əhmədov
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 71. Hüseynəli Quliyev, 3. Vurğun Hüseynov, 60. Elvin Məmmədov, 33. Eltun Turabov, 22. Cavid İmamverdiyev, 78. Dmitro Nağıyev, 21. Cabir Əmirli, 11. Mehdi Şərifi, 30. Nəbi Məmmədov, 20. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə
Baş məşqçi: Ayxan Abbasov
Zirə İdman Kompleksinin stadionu

1

Qarabağ

24

14

8

2

57-16

50

2

Neftçi

24

14

5

5

38-25

47

3

Sumqayıt

24

8

9

7

28-28

33

4

Zirə

24

7

12

5

24-25

33

5

Qəbələ

24

5

9

10

20-38

24

6

Keşlə

24

4

11

9

22-33

23

7

Sabah

24

5

7

12

22-31

22

8

Səbail

24

4

9

11

20-35

21

Bombardirlər: Namiq Ələsgərov ("Neftçi") - 18 qol, Mahir Emreli ("Qarabağ") - 16 qol

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"