Premyer Liqada çıxış edənlər arasında ən məhsuldar futbolçular

13 Aprel 2021 10:40 Premyerliqa 673
Premyer Liqada çıxış edənlər arasında ən məhsuldar futbolçular

Azərbaycan Premyer Liqasının ən məhsuldar futbolçuları müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, hazırda da Premyer Liqada çıxış edən oyunçular arasında rekordçu Rauf Əliyevdir.

“Səbail”in forvardı çempionatda ümumilikdə 61 qol vurub. Mahir Emreli (“Qarabağ”) ondan 7 top geri qalır.

Ən çox qol vuran 7 futbolçu sırasında legioner statusu daşıyan oyunçu yoxdur. Braziliyalı Riçard Almeyda və rusiyalı Ruslan Qurbanov cədvəldə yer alsa da, hər iki əcnəbi milliləşdirilib.

1. Rauf Əliyev - 61

2. Mahir Emreli – 54


3. Riçard Almeyda – 44


4. Əfran İsmayılov – 42


5-6. Cavid Hüseynov – 39


5-6. Ruslan Qurbanov – 39


7. Amil Yunanov - 38

Digər Xəbərlər
Xəbər Lenti