"Səbail" "Zirə" görüşündə bərabərlik - Yenilənib

3 Aprel 2021 19:23 Premyerliqa 1 399
"Səbail" "Zirə" görüşündə bərabərlik - Yenilənib

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura start verilcək.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək.

30 xalla 3-cü pillədə qərarlaşan "Zirə" 18 xalla 6-cı yeri tutan "Səbail"in qonağı olacaq. "Qartallar"ın heyətində 3 futbolçu - Riçard Almeyda, Fakundo Melivilo və Vüsal Əliyev koronavirusa yoluxduqları üçün matçı buraxacaqlar.

"ASCO Arena"dakı qarşılaşmanı FIFA referisi Elçin Məsiyev idarə edəcək. Komandalar indiyədək Premyer Liqada 13 dəfə üz-üzə gəlib.

Bunların 3-də meydan sahibləri, 7-də qonaqlar qələbə qazanıb. Topların fərqində də "Zirə"nin üstünlüyü var - 17:8.

“Zirə” son 4 çempionat oyununda rəqibinə uduzmayıb. Meydan sahibləri evdəki son 3 matçda qol vurmağı bacarıb.

3 aprel (şənbə)

17:30. “Səbail” – “Zirə” 0-0
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Müslüm Əliyev, Rauf Allahverdiyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov

“Səbail”: 96. Nikolas Hagen, 14. Rahid Əmirquliyev (k), 34. Urfan Abbasov, 55. Adil Nağıyev, 28. Məqsəd İsayev. 29, Amil Yunanov, 9. Florian Kadriu, 19. Luka İmnadze, 23. Milovan Petrovik, 4. Ali Sisey, 3. Turan Manafov

Ehtiyat oyunçular: 1. Kamran Ağayev, 25. Elxan Əhmədov, 26. Kamal Qurbanov, 17. Elçin Rəhimli, 7. Mirsayib Abbasov, 11. Rauf Əliyev, 77. Ədilxan Qarəhmədov, 44. Şamil Cəfərov, 38. Zeynəddin Abdurahmanov

“Zirə”: 1. Mateus Albino, 8. İlkin Muradov, 4. Elvin Camalov, 10. Ağabala Ramazanov (k), 2. Sərtan Taşkın, 32. Qismət Alıyev, 11. Klesio Bauk, 26. Nemanya Andelkoviç, 17. Rodriqo Bonqonqui, 21. Hacıağa Hacılı, 77. Cəlal Hüseynov

Ehtiyat oyunçular: 22. Rəşad Əzizli, 62. Abdulla Seyidəhmədov, 91. Ruslan Qurbanov, 5. Kərim Diniyev, 12. Lazar Corceviç, 7. Tural Bayramlı, 20. Əli Şirinov, 29. Musa Qurbanlı, 6. Ayxan Süleymanlı “ASCO Arena”

Digər Xəbərlər
Xəbər Lenti