"Neftçi" qələbə qazandı, "Sabah"dan heç-heçə - Yenilənib

8 Mart 2021 20:08 Premyerliqa 1 585
"Neftçi" qələbə qazandı, "Sabah"dan heç-heçə - Yenilənib

Azərbaycan Premyer Liqasında XIX tura start verilib.

bu gün turun ilk iki oyunu keçirilib.

Hər iki görüş Bakıda baş tutub. Əvvəlcə autsayder “Sabah” meydana çıxıb. 2021-ci ildə qələbə üzünə həsrət olan paytaxt təmsilçisi bu tilsimi “Sumqayıt”la matçda da qıra bilməyib.

Komandalar hərəyə 1 qolla aktivlərinə 1 xal yazdırıblar. Visente Qomesin yetirmələri 6-cı sınağında 3-cü heç-heçəsini edib. Bundan əvvəlki üç matçda qalib gələ bilmədiyi üçün 4-cü pillədəki mövqeyini təhlükə altına atan “kimyaçılar” isə yenə 1 xala sevinməli olublar.

Lider “Neftçi” paytaxt derbisində “Keşlə”ni sınağa çəkib. Sənan Qurbanovun baş məşqçi postuna təyinatının ardından son 3 oyunda rəqibləri ilə sülh bağlayan “Keşlə” flaqmana eyni aqibəti yaşada bilməyib.

Rəqibini 3 qolla üstələyən Samir Abasovun yetirmələri liderliyini davam etdirib. Qəsəbə təmsilçisinin gücü yalnız təsəlli topuna çatıb.

Bu matçda dubla imza atmaqla qollarının sayını 13-ə çatdıran Namiq Ələsgərov bombardirlər yarışında Mahir Emrelini geridə qoyaraq, liderliyi ələ keçirib.

Tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq. “Qəbələ” “Səbail”i (15:00), “Zirə” isə “Qarabağ”ı (17:15) qəbul edəcək.

Premyer Liqa XIX tur

8 mart (bazar ertəsi)

16:00. “Sabah” – “Sumqayıt" 1-1

Qollar: Təmkin Xəlilzadə, 34 - Camaləddin Xocaniyazov, 70

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Səbuhi Bayramov

Sabah”: 1. Saşa Stamenkoviç, 19. Təmkin Xəlilzadə, 4. Bəhlul Mustafazadə (k), 34. Bəxtiyar Həsənalızadə, 28. Kevin Kubemba, 30. Mario Marina, 48. Dmitro Klots, 3. Zurab Oçiqava, 26. Fofana Tiemoko, 2. Amin Seydiyev, 77. Veysəl Rzayev

Ehtiyat oyunçular: 12. Alvaro Villete, 94. Nicat Mehbalıyev, 7. Coşqun Diniyev, 15. Ruslan Abışov, 17. Məhəmməd Mirzəbəyov, 90. Ramil Şeydayev, 14. Slavik Alxasov, 13. Filip İvanoviç, 9. Xulio Sezar Rodriges, 6. Şakir Seyidov

Baş məşqçi: Visente Qomes

Sumqayıt”: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev (k), 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 22. Cavid İmamverdiyev, 11. Mehdi Şərifi, 5. Camaləddin Xocaniyazov, 4. Höccət Haqverdi, 18. Süleyman Əhmədov, 8. Səbuhi Abdullazadə

Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 71. Hüseynəli Quliyev, 3. Vurğun Hüseynov, 97. Xəyal Nəcəfov, 60. Elvin Məmmədov, 33. Eltun Turabov, 78. Dmitro Nağıyev, 21. Cabir Əmirli, 30. Nəbi Məmmədov, 20. Rüfət Abdullazadə, 37. Nicat Əliyev

Baş məşqçi: Ayxan Abbasov

“Bank Respublika Arena”

18:15. “NeftçiKeşlə" 3-1

Qollar: Namiq Ələsgərov, 6, 64 (pen), Ömər Buludov, 19 - Azər Salahlı, 82

Hakimlər: Rauf Cabarov, Cavanşir Yusifov, Nahid Əliyev, Nicat İsmayıllı

Neftçi”: 30. Aqil Məmmədov, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 3. Mamadu Mbodj, 36. Mamadu Kane, 6. Voyislav Stankoviç, 28. Stiven Monroz, 29. Sabir Buqrin, 24. Yusuf Laval, 5. Anton Krivotsyuk, 26. Ömər Buludov

Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 12. Kamran İbrahimov, 22. Mirabdulla Abbasov, 10. Saman Nərimancahan, 91. Tallison Diaz, 20. Mert Çelik, 4. Rener Alves, 80. İsmayıl Zülfüqarlı, 72. Emin Zamanov, 70. Asim Əlizadə, 87. Nazim Məmmədzadə, 37. Vüsal Əsgərov

Baş məşqçi: Samir Abasov

Keşlə”: 1. Stanislav Namaşko, 3. Tərlan Quliyev (k), 19. Azər Salahlı, 17. Vüsal İsgəndərli, 8. Tural Axundov, 25. Con Kamara, 21. Miyusko Boyoviç, 10. Sezar Meza Kolli, 9. Anatole Abanq, 29. Yevgeni Koçuk, 99. Rafael Məhərrəmli

Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 27. Əkpər Vəliyev, 18. Ruslan Əmircanov, 2. İlkin Qırtımov, 7. Rəhman Hacıyev, 20. Rail Məlikov, 23. Nicat Qurbanov, 32. Elvin Yunuszadə, 11. Silvio Rodriqes, 14. Turan Vəlizadə, 79. Bahadur Həziyev, 50. Samir Abdullayev

Baş məşqçi: Sənan Qurbanov

“ASK Arena”

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu