Premyer Liqada çıxış edən 11 ən yaxşı... BOMBARDİR

8 Mart 2021 16:40 Premyerliqa 772
Premyer Liqada çıxış edən 11 ən yaxşı... BOMBARDİR

Azərbaycan Premyer Liqasında çıxış edən 11 ən yaxşı bombardir bəlli olub.

Sportinfo.az xəbər verir ki, apasport.az cari mövsüm çempionatda meydana çıxan və hesabında ən çox qol olan 11 futbolçunu müəyyənləşdirib.

Cədvələ Rauf Əliyev başçılıq edir. “Səbail”in təcrübəli hücumçusu 61 qol vurub.

Onun ən yaxın izləyici Mahir Emrelidir. “Qarabağ”ın qol silahı rekordçudan 8 top geridədir.

Emrelinin sabiq komanda yoldaşı, hazırda “Zirə”nin uğurları üçün çalışan Riçard Almeyda 44 dəfə fərqlənib.

Maraqlıdır ki, 11 bombardir siyahısında cəmi 4 klubun nümayəndələri var. “Səbail”in 4 üzvü burada yer alıb. “Zirə” cədvəldə üç futbolçu ilə təmsil olunub. “Qarabağ”la “Qəbələ”də iki oyunçunun məhsuldarlığı diqqət çəkir.

1. Rauf Əliyev (Səbail) - 61
2. Mahir Emreli (Qarabağ) - 53
3. Riçard Almeyda (Zirə) - 44
4. Əfran İsmayılov (Səbail) - 42
5-6. Cavid Hüseynov (Qəbələ) - 39
Ruslan Qurbanov (Zirə) - 39
7. Amil Yunanov (Səbail) - 37
8. Filip Ozobiç (Qarabağ) - 35
9-11. Asif Məmmədov (Qəbələ) - 33
Rahid Əmirquliyev (Səbail) - 33
Ağabala Ramazanov (Zirə) - 33

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"