Yeni mövsümdə də Premyer Liqada 8 klub olacaq? – SON GƏLİŞMƏ

18 Fevral 2021 13:20 Premyerliqa 1 455
Yeni mövsümdə də Premyer Liqada 8 klub olacaq? – SON GƏLİŞMƏ

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov milli assosiasiyanın mətbuat xidmətinə açıqlama verib.

O bildirib ki, çempionatdakı hər xalın böyük əhəmiyyəti var:

"Həftəsonu istər televiziya vasitəsilə, istərsə də stadionda Azərbaycan Premyer Liqasının oyunlarını izlədim.

8 komandalı çempionat həm də o deməkdir ki, heç bir komandaya arxayınlaşmaq olmaz, hər oyun mübarizədir, hər xalın böyük əhəmiyyəti var.

Gələcəkdə komanda sayı artarsa, hazırkı mübarizə əzmini qoruyub saxlamaq vacibdir".

Diqqətinizə çatdıraq ki, E.Məmmədov bu açıqlama ilə "Zirə" - "Sabah" matçından (2:2) sonra çıxış edib.

Son vaxtlar "Zirə"nin oyunlarını stadiondan izləməyi üstün tutan AFFA rəhbərinin gördüklərindən məmnun qaldığını söyləyə bilərik.

O, daha əvvəl nə demişdi… AFFA-nın hesabat konfransın keçirilən gün qeyd etmişdi ki, Premyer Liqada iştirakçı sayı 8-dən 10-a qaldırılması gündəmdə olsa da, bu rəqəm 12-yə çatdırılması nəzərdə tutulmur:

“İnanıram ki, “Turan” Premyer Liqaya qatılarsa, yeni rəngarənglik olacaq. Ölkə kubokundakı mübarizə də göründü ki, Premyer Liqa ilə divizion komandaları arasında fantastik fərq yoxdur.

Bəzən elə imic yaradırlar ki, AFFA hansısa klubu Premyer Liqaya buraxmır. Əksinə, AFFA çox klubun qatılmasını arzulayır.

Keyfiyyətə görə Azərbaycan üçün 10 klub ideal, 12 klub risklidir. Bizə 2-5 illik komanda lazım deyil. İstəyirik ənənəvi olsun”.

İcraçı vitse-prezident bölgə klublarının Premyer Liqada iştirak etmələrini çox istədiklərini vurğulayıb: "İnanıram ki, bu halda çempionatımızda rəqabət və rəngarənglik artacaq. Kubok matçlarında da gördük ki, maraqlı mübarizə ola bilər".

E.Məmmədovun bu açıqlama ilə son fikirləri arasındakı fərq… Diplomatikdir. İcraçı vitse-prezident haradasa üstüörtülü mesaj verir ki, say artımı növbəti ilə ertələnə bilər.

"Gələcəkdə komanda sayı artarsa, hazırkı mübarizə əzmini qoruyub saxlamaq vacibdir" - bu, o deməkdir.

Təxmin etmək olar ki, icraçı vitse-prezident nədən narahatdır. Demək istəyir ki, əslində, o da sonrakı prosesləri proqnozlaşdırmağa çətinlik çəkir.

Bu, SOCAR-ın strukturunda aparılan islahatlarla bağlıdır. AFFA-nın, eləcə də, əksər klubların yeganə maliyyə mənbəyi olan neft şirkətinin idarəetməsi əvvəlkitək olmayacaq.

Dünənə kimi SOCR-dan futbola illik 25-30 milyon manat vəsait ayrılırdısa, hələ məlum deyil ki, bundan sonra maliyyə təminat necə və hansı formada nizamlanacaq.

Ümumiyyətlə, indən belə göstərilən rəqəm aşağı düşəcək, ya olduğu kimi saxlanılacaq - bunun özü də sual altındadır.

Bir o dəqiqdir ki, SOCAR-da yeni yaradılan Müşahidə Şurası şirkətin hesabından çıxacaq hər qəpiyə nəzarət edəcək və hesabatını istəyəcək, bütün əməliyyatlarıı nəzarətində saxlayacaq.

Digər yandan, koronavirus pandemiyası proseslərin «nəbzini tutacaq». Mövsümün başa çatmasına, yayın gəlişinə 4 aya yaxın vaxt qalıb.

Hələlik yoluxmanın yayılma sürəti zəifdir, amma alimlər üçüncü dalğanın gələ biləcəyini istisna etmir. Bu da martın ikinci yarısından sonra üçün verilən proqnozdur.

Elə olsa, gündəlik yoluxma sayı sürətlə artacaq, qısa zamanda 4500-5500 həddinə çatacaq. Deməli, sərt karantin rejiminə qayıtmalı olacağıq. Belədə növbəti yumşalma tədbirlərini gözləmək üçün daha 2-3 ay səbrimizi basmalıyıq.

Bütün hallarda ovaxtadək çox suların axacağı dəqiqdir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti