“Neftçi”nin prezidenti qohumu üçün klubun sponsoruna pulsuz kostyum tikdirdi

17 Fevral 2021 20:20 Premyerliqa 960
“Neftçi”nin prezidenti qohumu üçün klubun sponsoruna pulsuz kostyum tikdirdi

SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılov kuratoru olduğu "Neftçi”nin prezidenti Kamran Quliyevlə bağlı ona edilən şikayətin araşdırılmasını tapşırıb.

Bu barədə müraciət klubdan daxil olub.

Şikayətin məğzi isə futboldankənar məsələ ilə bağlıdır. Belə ki, paytaxt təmsilçisinin əməkdaşlarından biri Quliyevin klubun yeni sponsorlarından biri olan şirkətə yaxın qohumu üçün pulsuz kostyum sifariş etməsidir.

Söhbət “Neftçi” ilə tərəfdaşlıq edən Türkiyənin geyim brendindən gedir.

İddiaya görə, Quliyev onlarla əməkdaşlıqdan öz şəxsi məqsədləri üçün yararlanaraq, kluba aidiyyatı olmayan qohumuna paltar tikilməsini istəyib.

Şikayətçi bunun yolverilməz olduğunu və “Neftçi”ni yeni partnyor qarşısında gözdən sala biləcəyini qeyd edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"