“Zirə”dən əzmkar heç-heçə, "Qəbələ" qalib gəldi - Yenilənib

14 Fevral 2021 18:55 Premyerliqa 1 226
“Zirə”dən əzmkar heç-heçə, "Qəbələ" qalib gəldi - Yenilənib

Azərbaycan Premyer Liqasında XV tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, III dövrənin ilk turu bu gün keçirilən iki matçla yekunlaşıb.

Günə Qəbələdə start verilib. Turnir cədvəlinin ikinci yarısında qərarlaşanların duelində “Keşlə" “Qəbələ”nin qonağı olub.

Uzun müddət “Qəbələ”də çalışan Sənan Qurbanovun rəhbərliyi altında “Keşlə” çempionatda keçirdiyi ilk görüşdə meydanı məğlub tərk edib. “Qırmızı-qaralar” ikinci hissədə vurduğu iki cavabsız qolla aktivinə 3 xal yazdırıb.

Tura paytaxt derbisi ilə yekun vurulub. Mükafatlara iddialı “Zirə” çempionatın autsayderi “Sabah”ı sınağa çəkib. “Qarabağ”ın bir gün əvvəl məğlubiyyəti “Zirə”yə yaxınlaşmaq imkanı yaradıb.

Lakin Rəşad Sadıqovun kollektivi gözlənilmədən büdrəyib. Kevin Kubembanın dublu sayəsində “Sabah” iki dəfə önə keçsə də, üstünlüyünü sona qədər qoruya bilməyib. Buna baxmayaraq, qazanılan 1 xal da “Sabah”ı turnir cədvəlinin “zirzəmi”sindən xilas edib.

Turun ilk günündə keçirilən hər iki görüşdə üç qol vurulub. “Sumqayıt” evdə “Səbail”i 3:0, “Neftçi” səfərdə “Qarabağ”ı 2:1 hesabı ilə məğlub edib.

14 fevral (bazar)

15:00. “Qəbələ” – “Keşlə" - 2:0

Qollar: Merab Qiqauri, 50, Rafael Utriq, 70
Hakimlər: Rauf Cabarov, Akif Əmirəli, Nahid Əliyev, Rəhim Həsənov
“Qəbələ”: 1. Anar Nəzirov (k), 11. Asif Məmmədov, 28. Murad Musayev, 9. Ehtiram Şahverdiyev, 77. Merab Qiqauri, 32. Nikolas Raysel, 13. Yurgen Qoxa, 26. Stefan Vukçeviç, 23. Rafael Utriq, 10. Rövlan Muradov, 71. Rüfət Əhmədov
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 5. Rasim Ramaldanov, 74. Yusif Nəbiyev, 70. Ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 7. Roman Hüseynov, 14. Cavid Hüseynov, 99. Ceyms Adeniyi, 17. Yaovi Akakpo, 20. Faiq Hacıyev, 55. İdris İnqilablı
Baş məşqçi: Elmar Baxşıyev
“Keşlə”: 1. Stanislav Namaşko, 19. Azər Salahlı, 17. Vüsal İsgəndərli, 8. Tural Axundov, 4. Şəhriyar Əliyev (k), 21. Miyusko Boyoviç, 10. Sezar Meza Kolli, 91. Sadio Tonkara, 9. Anatole Abanq, 29. Yevgeni Koçuk, 99. Rafael Məhərrəmli
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 27. Əkpər Vəliyev, 3. Tərlan Quliyev, 18. Ruslan Əmircanov, 20. Rail Məlikov, 23. Nicat Qurbanov, 11. Silvio Rodriges, 14. Turan Vəlizadə, 79. Bahadur Həziyev, 78. Şirin Şirinov
Baş məşqçi: Sənan Qurbanov
Qəbələ şəhər stadionu

17:00.“Zirə” – “Sabah” 2-2

Qollar: David Volkov, 78, Klesiu Bauk, 90+3 - Kevin Kubemba, 9, 82

Zirə”: 1. Mateus Albino, 8. İlkin Muradov, 4. Elvin Camalov (k), 32. Qismət Alıyev, 30. Riçard Almeyda, 9. Davit Volkov, 11. Klesio Bauk, 12. Lazar Corceviç, 44. Dmitrios Çantakias, 26. Nemanya Andelkoviç, 29. Musa Qurbanlı

Ehtiyat oyunçular: 62. Abdulla Seyidəhmədov, 10. Ağabala Ramazanov, 2. Sərtan Taşkın, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 99. Filipe Paxtman, 21. Hacıağa Hacılı, 20. Əli Şirinov, 77. Cəlal Hüseynov, 6. Ayxan Süleymanlı

Sabah”: 12. Alvaro Villete, 14. Slavik Alxasov, 10. Aleksey İsayev, 34. Bəxtiyar Həsənalızadə, 13. Filip İvanoviç (k), 23. Amadu Diallo, 28. Kevin Kubemba, 30. Mario Marina, 26. Fofana Tiemoko, 2. Amin Seydiyev, 6. Şakir Seyidov

Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 31. Rüstəm Samiqullin, 7. Coşqun Diniyev, 15. Ruslan Abışov, 17. Məhəmməd Mirzəbəyov, 90. Ramil Şeydayev, 9. Xulio Sezar Rodriges, 48. Dmitro Klots, 38. Arsen Ağcabəyov, 77. Veysəl Rzayev

Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Rahil Ramazanov, Rauf Allahverdiyev
Zirə İdman Kompleksinin stadionu

1

Neftçi

15

9

3

3

20-16

30

2

Qarabağ

15

8

l

5

2

38-13

29

3

Zirə

14

6

5

3

18-14

23

4

Sumqayıt

15

6

4

5

20-20

22

5

Qəbələ

14

3

6

5

13-22

15

6

Səbail

15

3

4

8

15-26

13

7

Keşlə

14

3

4

7

13-21

13

8

Sabah

14

4

1

9

14-19

13

Bombardirlər: Mahir Emreli ("Qarabağ") - 11 qol, Namiq Ələsgərov ("Neftçi") - 10 , Filip Ozobiç ("Qarabağ"), Əli Qurbani (“Sumqayıt”) - 7.

Xəbər Lenti