"Neftçi" və "Sumqayıt" qələbə qazandı - Yenilənib

13 Fevral 2021 20:27 Premyerliqa 1 676
"Neftçi" və "Sumqayıt" qələbə qazandı - Yenilənib

Azərbaycan Premyer Liqasında III dövrəyə start verilib.

Sportinfo.az xəbər verir ki, XV turun ilk iki görüşü baş tutub.

Turun açılış matçı Sumqayıtda keçirilib. “Sumqayıt” öz meydanında “Səbail”i qəbul edib. Meydan sahibləri rəqibini üç cavabsız qolla məğlubiyyətə uğradıb.

Turun mərkəzi oyunu Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilib. Ölkənin iki ən titullu klubu “Qarabağ”la “Neftçi” növbəti Azərbaycan derbisində üz-üzə gəlib.

İlk yarının ortalarında azlıqda qalan “Neftçi” Namiq Ələsgərovun qolu ilə hesabı açıb. Fasilədən sonra derbilərdə 9-cu qolunu vuran

Mahir Emreli hesabda tarazlıq yaradıb. Daha iki qırmızı vərəqə göstərən Elçin Məsiyev Kevin Medina və Mamadu Kaneni meydandan qovduğu epizodda penalti qərarı verib. Dublunu rəsmiləşdirən Namiq komandasına vacib üç xal və liderlik qazandırıb. Görüşün sonlarında Voislav Stankoviç də qırmızı vərəqə alıb.

13 fevral (şənbə)

16:00. “Sumqayıt” – “Səbail” 3-0

Qollar: Murad Xaçayev, 24, Tellur Mütəllimov, 33, Əli Qurbani, 83 (pen).

Qırmızı vərəqələr: Peyman Keşavarzi, 55 ("Səbail" - ikinci sarı vərəqə), Kamran Ağayev, 90+5 ("Səbai")
Hakimlər: Vüqar Həsənli, Zeynal Zeynalov, Cəmil Quliyev, Fərid Hacıyev
“Sumqayıt”: 1. Mehdi Cənnətov, 97. Xəyal Nəcəfov, 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev (k), 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 33. Eltun Turabov, 78. Dmitro Nağıyev, 9. Əli Qurbani, 4. Höccət Haqverdi, 17. Murad Xaçayev
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 71. Hüseynəli Quliyev, 60. Elvin Məmmədov, 22. Cavid İmamverdiyev, 11. Mehdi Şərifi, 30. Nəbi Məmmədov, 18. Süleyman Əhmədov, 20. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə, 65. Sənan Ağayev, 37. Nicat Əliyev
Baş məşqçi: Ayxan Abbasov
“Səbail”: 1. Kamran Ağayev, 14. Rahid Əmirquliyev (k), 34. Urfan Abbasov, 55. Adil Nağıyev, 11. Rauf Əliyev, 22. Əfran İsmayılov, 27. Hendrik Ekşteyn, 16. Peyman Keşavarzi, 19. Luka İmnadze, 23. Milovan Petrovik, 3. Turan Manafov
Ehtiyat oyunçular: 96. Nikolas Hagen, 25. Elxan Əhmədov, 26. Kamal Qurbanov, 17. Elçin Rəhimli, 7. Mirsahib Abbasov, 28. Məqsəd İsayev, 29. Amil Yunanov, 9. Florian Kadriu, 4. Ali Sisey, 77. Ədilxan Qarəhmədov, 44. Şamil Cəfərov
Baş məşqçi: Aftandil Hacıyev
“Kapital Bank Arena”

18:30. “Qarabağ” – “Neftçi” 1-2

Qol: Mahir Emreli, 57 - Namiq Ələsgərov, 28, 74

Qırmızı vərəqələr: Ömər Buludov, 22 ("Neftçi"), Kevin Medina, 72 ("Qarabağ"), Mamadu Kane, 74-iki sarı vərəqə ("Neftçi"), Voyislav Stankoviç, 90+3 ("Neftçi").

Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 55. Bədavi Hüseynov, 11. Mahir Emreli, 30. Abbas Hüseynov, 10. Abdullah Zubir, 7. Kvabena Ovusu, 81. Kevin Medina, 6. Patrik Andrade, 18. İsmayıl İbrahimli

Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 9. Xayme Romero, 8. Uroş Matiç, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 66. Cavid Bayramov, 21. Rauf Hüseynli, 99. Hüseyn Hüseynzadə, 29. Zamiq Əliyev

Neftçi”: 30. Aqil Məmmədov, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 3. Mamadu Mbodj, 36. Mamadu Kane, 6. Voyislav Stankoviç, 28. Stiven Monroz, 91. Tallison Diaz, 29. Sabir Buqrin, 5. Anton Krivotsyuk, 26. Ömər Buludov

Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 12. Kamran İbrahimov, 22. Mirabdulla Abbasov, 19. Fəhmin Muradbəyli, 10. Saman Nərimancahan, 17. Bruno Teluşi, 24. Yusuf Laval, 20. Mert Çelik, 80. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 72. Emin Zamanov Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əliyar Ağayev
Tofiq Bəhramov adına Respublika Stadionu

1

Qarabağ

14

8

5

1

37-11

29

2

Neftçi

14

8

3

3

18-15

27

3

Zirə

14

6

5

3

18-14

23

4

Sumqayıt

14

5

4

5

17-20

19

5

Qəbələ

14

3

6

5

13-22

15

6

Səbail

14

3

4

7

15-23

13

7

Keşlə

14

3

4

7

13-21

13

8

Sabah

14

4

1

9

14-19

13

Bombardirlər: Mahir Emreli ("Qarabağ") - 10 qol, Namiq Ələsgərov ("Neftçi") - 8 qol, Filip Ozobiç ("Qarabağ") - 7 qol.

Digər Xəbərlər
Xəbər Lenti