"Neftçi"yə gəlməsinə peşman oldu, 200 min avro itirdi

2 Yanvar 2021 20:00 Premyerliqa 2 059
"Neftçi"yə gəlməsinə peşman oldu, 200 min avro itirdi

Azərbaycan Premyer Liqasında çıxış edən futbolçuların yeni qiymətləri müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, bu barədə "transfermarkt" portalı araşdırma aparıb.

Son ölkə çempionu "Qarabağ" Premyer Liqanın ən dəyərli komandasıdır. Çempionatın ilk yarısı başa çatandan sonra Ağdam təmsilçisinin futbolçularının ümumi qiyməti 4.5 faiz artaraq 12,35 milyon avro olub. Artıma səbəb komandanın Avropa Liqasının qrup mərhələsinə kimi yüksəlməsidir.

"Qarabağ"da Filip Ozobiç, Kevin Medina və Ovusu Kvabenanın bazar dəyəri 200 min avro artıb. Ozobiçin hazırkı transfer qiyməti 1 milyon, digər iki oyunçunun isə 500 min avro olaraq qiymətləndirilir.

Ölkə çempionunun başqa legioneri və Premyer Liqada çıxış edən ən dəyərli futbolçu Abdullah Zubirin (1,2 milyon avro) dəyəri isə 100 min avro düşüb.

8 qolla çempionatın bombardiri, "Neftçi"nin yarımmüdafiəçisi Namiq Ələsgərovun qiyməti 150 min avro qalxaraq 500 min avroya çatıb. Paytaxt təmsilçisinin qvineyalı legioneri Mamadu Kanenin də dəyəri komanda yoldaşı qədər artıb və 600 min avrodur.

Transfer qiymətlərində dəyişiklik olan digər futbolçular "Zirə"dən Riçard Almeyda, "Neftçi"dən Səlahət Ağayev, "Qarabağ"dan Emil Balaeyv, "Sabah"dan isə Ramil Şeydayevdir. Bu mövsüm "Zirə"yə keçən Almeydanın transfer qiyməti 550 min avro aşağı düşərək 750 min avro olub. Şeydayevin dəyəri 100 min avro aşağı düşüb və 450 min avro olaraq qiymətləndirilib.

"Neftçi"də heç bir matça çıxa bilməyən Ağayevin qiyməti 700 mindən, 500 min avroya enib. Digər qapıçı Emil Balayevin də dəyəri həmkarı qədər aşağı düşüb və onun qiyməti 600 min avrodur.

Azərbaycan Premyer Liqasının ümumi dəyəri artaraq 55,73 milyon avro olub.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"