Azərbaycan klubları yaza necə və harada çıxacaq?

1 Yanvar 2021 22:20 Premyerliqa 531
Azərbaycan klubları yaza necə və harada çıxacaq?

Premyer Liqa klublarının qış fasiləsindən sonrakı planları bəllidir.

Sportinfo.az xəbər verir ki, "Zirə” yanvarın 2-də yığışacaq.

Ayın 4-14-ü aralığında təlim-məşq toplanışı keçəcək qəsəbə təmsilçisi bu müddətdə iki yoxlama oyunu planlaşdırıb. Rəşad Sadıqovun komandası yanvarın 10-da "Sumqayıt”, 14-də isə "Qarabağ”la münasibətləri aydınlaşdıracaq.

"Səbail” də yanvarın 4-də toplaşmağı planlaşdırıb. Aftandil Hacıyev ilk həftədə gündəlik məşqlərlə kifayətləcək, növbəti həftə isə komanda bazada toplanışa yığışacağıq. Qəsəbə təmsilçisi bir yoxlama oyunu keçirməyi nəzərdə tutub ki, bu da sıx qrafiklə bağlıdı. Belə ki, "Səbail” yanvarın 21-də premyer-liqanın 14-cü turu çərçivəsində "Neftçi”ni sınağa çəkəcəksə, 24-də ölkə kubokunun 1/8 finalında "Zaqatala" ilə münasibətləri aydınlaşdıracaq.

"Keşlə” yanvarın 3-4-də bir araya gəlməyi düşünür. Bazada hazırlaşacaq komanda iki yoxlama oyunu keçirmək istəyir. Hələ ki rəqib seçimi dəqiqləşməyib.
"Sumqayıt” hazırlığa yanvarın 4-dən etibarən doğma şəhərdə start verəcək. Toplanış dönəmində iki yoxlama oyunu nəzərdə tutulub. Yanvarın 10-da rəqib "Zirə", 14-də isə "Qəbələ" olacaq.

"Neftçi” rəsmi saytı vasitəsilə hazırlıq planını açıqlayıb. Komanda yanvarın 4-dən 21-dək "Türk Hava Yolları Futbol Mərkəzi”ndə təlim-məşq toplanışı keçəcək. Yerli futbolçular 4-də, legionerlər isə 7-dək bir araya gələcək. Toplanış çərçvəsində iki yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. "Ağ-qaralar” yanvarın 10-da "Qəbələ”, 14-də isə "Keşlə” ilə qarşılaşacaq. Oyunların məkanı və başlama saatı haqda əlavə məlumat veriləcək.

"Qəbələ” hazırlığa yanvarın 5-də start verəcək. Elmar Baxşıyevin komandası məşqləri Bakıda gerçəkləşdirəcək. Bölgə təmsilçisi toplanış çərçivəsində iki yoxlama oyununda qüvvəsini sınayacaq. Yanvarın 10-da "Neftçi” ilə üz-üzə gələcək "Qəbələ” 4 gün sonra "Sumqayıt”ı sınağa çəkəcək.

"Sabah"ın da qış hazırlıq planı müəyyənləşib. Hazırda istirahətdə olan komanda yanvarın ilk həftəsində bir araya gələcək. Toplanış Masazırdakı bazada gerçəkləşəcək. Yoxlama oyunları ilə bağlı suala isə hələ aydınlıq gəlməyib.

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu