Azərbaycan Premyer Liqasının ən gənc və yaşlı komandası

30 Dekabr 2020 19:20 Premyerliqa 618
Azərbaycan Premyer Liqasının ən gənc və yaşlı komandası

Azərbaycan Premyer Liqasının ən gənc və yaşlı komandası bəlli olub.

Sportinfo.az xəbər verir ki, mövsümün arxada qalan 13 turunda meydana çıxan 179 futbolçunun təvəllüdünə əsasən ən yaşlı komanda “Keşlə”dir.

Paytaxt təmsilçisinin heyətində şans qazanan futbolçuların orta yaşı 28-i də keçib. Daha üç komanda 26 yaşı arxada qoyub. Bunlar “Sabah”, “Qarabağ” və “Səbail”dir.s

Digər 4 komandanın orta yaş həddi 25-26 aralığındadır. Çempionatın ən gənc heyəti “Sumqayıt”dadır. “Qəbələ” 2-ci, “Neftçi” 3-cü, “Zirə” 4-cüdür.

Keşlə - 28 yaş 2 ay 13 gün
Sabah - 26 yaş 11 ay 20 gün
Qarabağ - 26 yaş 5 ay 16 gün
Səbail - 26 yaş 4 ay 15 gün
Zirə - 25 yaş 11 ay 5 gün
Neftçi - 25 yaş 9 ay 25 gün
Qəbələ - 25 yaş 7 ay 27 gün
Sumqayıt - 25 yaş 15 gün

Xəbər Lenti