Azərbaycanən ən qalmaqallı klubunda bu hadisə baş verdi - Vəzifəsindən istefa verdi

19 Aprel 21:00 I Divizion 957
Azərbaycanən ən qalmaqallı klubunda bu hadisə baş verdi - Vəzifəsindən istefa verdi

Aylardan bəridir başı qalmaqallardan əskik olmayan «İrəvan»da, deyəsən, sular durulur.

Hər halda bunun üçün yeni əsas yaranıb.

Bir müddət əvvəl barəsində saxlanılma xəbəri yayılan və Kürdəxanıda yerləşən təcridxanaya aparılan Zahid Niyazəliyevin klubla bütün əlaqələrini kəsməsi bildirilir.

Yayılan infopmasiyalara görə, o, klubun təsisçiliyindən imtina edib. Həmçinin prezident vəzifəsindən istefa verib.

Hüquq-mühafizə orqanlarının apardığı təhqiqat “İrəvan”da ciddi maliyyə pozuntularının olduğunu üzə çıxarıb.

Söhbət təqribən 30 min manatın təyinatı üzrə xərclənməməsindən gedir.

Komandanı hazırda vitse-prezident Həsən Həsənov idarə edir. Bu da müvəqqətidir. «ASK Arena»nın direktoru mayın sonunadək prezident səlahiyyətlərini yerinə yetirəcək.

AFFA-dan ona belə təlimat gəlib. Ki, nə olur olsun, «İrəvan» çempionatı yarımçıq tərk eləməsin, mövsümü başa vursun.

Çünki bu, ictimai-siyasi nöqteyi-nəzərdən ciddi məsələdir. Klubun adını daşıdığı bölgəyə görə.

«İrəvan» istənilən halda sezonu başa vuracaq. Bəs Niyazəliyevin müqəddəratı?

Bizdə olan qeyri-rəsmi informasiyaya görə, klub prezidentindən şikayətçi düşənlərin sayı kifayət qədər çoxdur və təqsirləndirilən şəxs ona qarşı irəli sürülən ittihamlara cavab verməyə çətinlik çəkir.

Bura komandanın futbolçuları, məşqçiləri, digər əməkdaşlar və başqaları daxildir.

Niyazəliyevin əməllərindən əziyyət çəkənlərdən biri də «İrəvan»ın İdarə Heyətinin sabiq sədri Zülfüqar Kazımovdur.

Bir neçə ay öncə buradan ayrılmış Nərimanov rayonunun sabiq icra başçısı ondan hüquq-mühafizə orqanlarına şikayət edib. O, kluba ayırdığı şəxsi vəsaitinin düzgün xərclənməməsini bildirib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"