Azərbaycanda kök futbolçudan görənləri heyrətə gətirən gözəl qol – VİDEO

19 Sentyabr 2023 09:40 II Divizion 2 080
Azərbaycanda kök futbolçudan görənləri heyrətə gətirən gözəl qol – VİDEO

II Liqada üçüncü tura start verilib.

"Şəki Siti" növbəti ev oyununda "Ağdaş"ı qəbul edib.

Yüzlərlə azarkeşi stadiona toplayan qarşılaşma maraqlı mübarizə şəraitində keçib. Hər iki tərəfin çoxsaylı səylərinə rəğmən, hesab fasilədən sonra açılıb.

Qonaqlar 54-cü dəqiqədə Olnq Xəlilovla qol pərdəsini aralayıb. Ağdaşlıların bəstəboy və kök futbolçusu cərimə zərbəsindən vurduğu gözəl qola arenaya toplaşanları şoka salıb.

Ruhdan düşməyən şəkililər 79-cu dəqiqədə Ceyhun Rəcəbli ilə status-kvonu təmin edib.

Üç dəqiqə keçməmiş Ravil Yusifli əks-hücumu qola sonuclandırıb və komandasına ardıcıl üçüncü qələbəsini qazandırıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"