Samir Abasov bu adamı da "Neftçi"dən göndərməyi lazım bildi

4 Dekabr 2020 19:00 Neftçi 2 353
Samir Abasov bu adamı da "Neftçi"dən göndərməyi lazım bildi

«Neftçi»nin baş məşqçisi Samir Abasov Füzuli Məmmədovun daha bir kadrının «qələmini qırıb».

Sportinfo.az-ın klubdan əldə etdiyi məlumata görə, yeni çalışdırıcı Mario Kastelyanonun xidmətinə maraq göstərmir.

Fiziki hazırlıq üzrə məşqçinin işini gözdən keçirən Abasov razı qalmayıb və artıq rəhbərliyə bununla bağlı fikrini bildirib.

O, ispaniyalı yardımçının dekabrın sonunda birdəfəlik yola salınmasını tapşırıb. Bir müddət əvvəl işə başlayan mütəxəssis həmin tarixədək öz kadrını görəvə gətirəcəyini söyləyib.

Kastelyano heç 1 il deyil ki, «Neftçi»dədir. O, klubun tərcüməçisi Vüqar Əliyevin vasitəsilə bura gəlib. İspaniyalının vaxtilə «Bakı»da da çalışdığını xatırladaq.

Futbol ictimaiyyəti arasında daha çox «makler Vüqar» kimi tanınan Əliyev onu elə paytaxtın digər təmsilçisindən tanıyır. Milinko Pantiçin vaxtında az da olsa, bir yerdə işləyiblər.

Digər Xəbərlər
Xəbər Lenti