"Neftçi"nin daha bir futbolçusu xəstəliyə yoluxdu

4 Dekabr 2020 13:00 Neftçi 618
"Neftçi"nin daha bir futbolçusu xəstəliyə yoluxdu

"Neftçi" klubunun daha bir futbolçusunda koronavirus aşkarlanıb.

Sportinfo.az xəbər verir ki, son testlərdən sonra belçikalı yarımmüdafiəçi Sabir Buqrinin də infeksiyaya yoluxduğu bəlli olub.

Paytaxt təmsilçisinin qapıçılar üzrə məşqçisi Etibar Tarıverdiyevin isə testi mənfi nəticə verib.

"Neftçi"nin baş məşqçisi Samir Abasov, onun köməkçisi Vəfadar Quliyev, müdafiəçilər Anton Krivotsyuk, Mərt Çelik, Mamadu Mboc və Voyislav Stankoviç, həmçinin yarımmüdafiəçi Fəhmin Muradbəylinin testi növbəti dəfə müsbət çıxıb.

"Neftçi" Azərbaycan Premyer Liqasında növbəti oyununu dekabrın 5-də səfərdə "Sabah"la qarşılaşmalı idi, lakin görüş təxirə salınıb.

Digər Xəbərlər
Xəbər Lenti