"Neftçi"nin baş məşqçisi və daha 4 futbolçusu koronavirusa yoluxdu

2 Dekabr 2020 15:00 Neftçi 1 492
"Neftçi"nin baş məşqçisi və daha 4 futbolçusu koronavirusa yoluxdu

"Neftçi"nin baş məşqçisi Samir Abasov, onun köməkçisi Vəfadar Quliyev və daha 4 futbolçusunda koronavirus aşkarlanıb.

Sportinfo.az xəbər verir ki, COVID-19 testi müsbət çıxan oyunçular müdafiəçilər Mərt Çelik, Mamadu Mboc və Voyislav Stankoviç, həmçinin yarımmüdafiəçi Fəhmin Muradbəylidir.

Mbocun ikinci testinin nəticəsi müsbət çıxıb.

Bundan əlavə, qapıçı Kamran İbrahimov və yarımmüdafiəçi Sabir Buqrinin də ikfeksiyaya yoluxduğu ehtimal edilir. Əvəzində kapitan Emin Mahmudovla hücumçu Mirabdulla Abbasov sağalıb.

Daha əvvəl Anton Krivotsyukun koronavirus testi müsbət çıxıb. "Neftçi" Azərbaycan Premyer Liqasında növbəti oyununu dekabrın 5-də səfərdə "Sabah"a qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda