“Neftçi”nin daha bir futbolçusunda koronavirus aşkarlandı

28 Noyabr 2020 18:20 Neftçi 654
“Neftçi”nin daha bir futbolçusunda koronavirus aşkarlandı

"Neftçi”nin daha bir futbolçusu koronavirusa yoluxub.

Sportinfo.az xəbər verir ki, Anton Krivotsyukun testi müsbət nəticələnib.

22 yaşlı cinah müdafiəçisi bu səbəbdən Azərbaycan Premyer Liqasının 11-ci turunda "Zirə" ilə matçı buraxıb.

Bruno Teluşi isə zədə səbəbindən komandasına kömək edə bilmir.

Artıq "Neftçi"nin kapitanı Emin Mahmudov və hücumçu Mirabdulla Abbasov koronavirusdan sağalıb.

Digər Xəbərlər
Xəbər Lenti