"Neftçi"nin legionerlərinə "göz ağartdı": "Yığışdırın özünüzü, üstündən xətt çəkəcəm"

19 Noyabr 2020 11:40 Neftçi 1 293
"Neftçi"nin legionerlərinə "göz ağartdı": "Yığışdırın özünüzü, üstündən xətt çəkəcəm"

«Neftçi»nin formasını geyinən legionerləri artıq yeni mərhələ gözləyir.

Sportinfo.az-ın məlumatına görə, Samir Abasov komandanın əcnəbi futbolçularına sərt xəbərdarlıq edib.

Yeni baş məşqçi onlardan tələblərinin yüksək olduğunu bildirib. Füzuli Məmmədovun yerinə gətirilən sabiq «Zirə»li qəti şəkildə deyib ki, bundan sonra ümumi mənzərə dəyişəcək:

«Mənə kimi sizinlə necə danışıblar, nə vəd ediblər, qaldı keçmişdə. İndi burada mənəm və mənim dediyim də olmalıdır. Hər tapşırığımı yerinə yetirməlisiz və komandanı arxanızca aparmalısıız.

Hansı futbolçunun nə sözü varsa, gəlsin, mənə söyləsin. Komandaya aid məsələlərə görə rəhbərliyin yanına getməyin. Bunu yığışdırın.

Mən müqavilə və maliyyə ilə bağlı işlərə qarışmıram. Ancaq kim ümidlərimi doğrultmasa, onun üstündən xətt çəkəcəm».

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı