"Neftçi"nin futbolçularına BARMAQ SİLKƏLƏDİ, RƏHBƏRLİYƏ MESAJ VERDİ

18 Noyabr 2020 13:00 Neftçi 1 527
"Neftçi"nin futbolçularına BARMAQ SİLKƏLƏDİ, RƏHBƏRLİYƏ MESAJ VERDİ

«Neftçi»nin yeni baş məşqçisi Samir Abasov futbolçulara sərt üzünü göstərib.

Sportinfo.az-ın məlumatına görə, o, komanda üzvləri ilə keçirdiyi iclasda onları iş prinsipləri ilə tanış edib.

Gənc çalışdırıcı nizam-intizam məsələlərinə həssas yanaşdığını, müəyyənləşdirdiyi kodeksə riayət etməyənləri sərt şəkildə cəzalandıracağını bildirib.

Abasov onun üçün adların əhəmiyyət daşımadığını, eyni zamanda, verəcəyi qərarların arxasında sonadək dayanacağını söyləyib.

Füzuli Məmmədovun xələfi iddia edib ki, səlahiyyətləri kifayət qədər genişdir və işlərinə kənar müdaxilə ola bilməz.

«Əgər yuxarıdan kimsə işimə qarışmaq istəsə, 1 dəqiqə də burada qalmaram» deyən Abasov heç vaxt bu cür çalışmağa öyrəşmədiyini xatırladıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı