O da “Neftçi“dən getsin! “Bəs Kamran Quliyev? Onun heç günahı yoxdur?“

17 Noyabr 2020 11:20 Neftçi 820
O da “Neftçi“dən getsin! “Bəs Kamran Quliyev? Onun heç günahı yoxdur?“

“Hər yerdə biabırçı nəticələrdən dərhal sonra həm prezident, həm transferlərə nəzarət edən şəxs, həm də baş məşqçi istefa verir“.

Sportinfo.az xəbər verir ki, bu fikirlər “Forza Neftçi“nin lideri Sübhan Əliyevə məxsusdur.

Paytaxt klubunun fanat qrupuna başçılıqq edən S.Əliyev Kamran Quliyevdən narazılığını dilə gətirib. O, idman direktoru Ceyhun Sultanov və baş məşqçi Füzuli Məmmədovun vəzifələrindən ayrılması ilə islahat dalğasının bitməli olduğunu düşünmür.

Onun fikrincə, Kamran Quliyev də prezident postundan getməlidir: “Bizdə Ceyhun Sultanovla Füzuli Məmmədovu vəzifələrindən azad edirdilər.

Bəs Kamran Quliyev? Onun heç günahı yoxdur? Kamran bəy komandaya gələndən sonra nə çempionluq qazanılıb, nə də kubok. Hansı uğurlara görə kluba rəhbərlik edir?”.

Digər Xəbərlər
Xəbər Lenti