“Neftçi” sınaq mərkəzi deyil ki, hər gələn bir dəfə yoxlayıb, getsin"

16 Noyabr 2020 13:40 Neftçi 838
“Neftçi” sınaq mərkəzi deyil ki, hər gələn bir dəfə yoxlayıb, getsin"

“Samir Abasov yaxşı məşqçidir, lakin bu ikili mənə görə “Sumqayıt”da uğur qazanmayıblar“.

Sportinfo.az xəbər verir ki, bu fikirləri “Forza Neftçi“nin rəhbəri Sübhan Əliyev dilə gətirib.

Fanklub rəhbəri Kamran Quliyev - Samir Abasov tandeminin “Neftçi”də uğurlu olub-olmayacağı ilə bağlı bunları söyləyib: “Onlar, sadəcə, öhdəliyi yerinə yetiriblər.

Uğurlu olmaq kubok və çempionluq əldə etməkdi. Kamran Quliyevin rəhbərliyi altında hansı komanda bunu bacarıb? Heç biri! “Sumqayıt” çox yaxşı oyun nümayiş etdirirdi, liderləri büdrədirdi.

Amma onlar üçün ən yaxşı nəticə elə 4-cü yer olub ki, bunu da Kamran Quliyev olmayanda qazanıblar. Bəs bunun uğuru nə idi?

“Neftçi” üçün tək uğurlu nəticə var: çempionluq! Bunu bacarmayan, əldə etməyən məşqçiyə, prezidentə həmişə etiraz edəcəyik. Bunu bacarmaq üçün yaxşı komanda formalaşdırmaq lazımdı.

İndi Samir Abasovla da görüşəcəyik. Deyəcək ki, mənə vaxt verin. “Neftçi” sınaq mərkəzi deyil ki, hər gələn bir dəfə yoxlayıb, getsin. Özü də fikir verin ki, flaqmandan gedən bütün məşqçilər sonra işsiz qalıblar.

Bütün ölkənin gözü “Neftçi”dədir, burada mütləq uğur qazanmalısan ki, gələcəyin parlaq olsun! Əlbəttə, Samir Abasova vaxt vermək lazımdır.

İndi millinin oyunlarına görə çempionatda fasilə yaranıb. Lakin 5-6 günə məşqçi komandada nəyisə dəyişə bilməz. Amma öz oyun fəlsəfəsini aşılaya bilər.

Biz də 3-4 turdan sonra dəyişiklik olarsa, baş məşqçimizin arxasında sonuna kimi duracağıq. Füzuli Məmmədovun vaxtında oyunçular meydana boş-boşuna çıxırdılar. Ağıllarına nə gəlirdi, edirdilər.

Rəhbərlik də bilir ki, “Neftçi” azarkeşləri dünənki uşaqlar deyil, futboldan yetərincə anlayışları var. Yenə deyirəm ki, fasilədən sonra 3-4 oyun Samir Abasovun və komandasının özünü göstərmək üçün vaxtı olacaq.

Oyun fəlsəfəsində dəyişiklik olarsa, deməli, “Neftçi” üçün nələrsə etmiş olacaq. Amma biz azarkeşlər üçün ən böyük uğur çempionluq olacaq. Bunu bacarıb-bacarmayacağını zaman göstərəcək”.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!