Samir Abasov "Neftçi" rəhbərliyindən YENİ TRANSFERLƏR İSTƏDİ

15 Noyabr 2020 20:20 Neftçi 1 401
Samir Abasov "Neftçi" rəhbərliyindən YENİ TRANSFERLƏR İSTƏDİ

«Neftçi»nin yeni baş məşqçisi Samir Abasov ilk tələbini irəli sürüb.

Komandanın sükanı arxasında Füzuli Məmmədovu əvəzləyən çalışdırıcı heyətin yetərli olmadığı qənaətindədir.

O, klub rəsmiləri ilə söhbətində iddia edib ki, mövcud futbolçu kontingenti ilə çempionluq uğrunda mübarizə aparmaq demək olar mümkünsüzdür.

Abasov ötən oyunların bir çoxunu incələməsi və hazırda məşq prosesində gördükləri əsasında bu qənaətə gəlib.

Gənc mütəxəssis bəzi mövqelər üzrə ciddi boşluqların nəzərə çarpdığını və qış fasiləsində heyəti gücləndirməyin lazım gələcəyini söyləyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti